Əməllərin qarşılığı

Xətaların hikməti

Allahın bağışlayan olması insanlar üçün ən böyük nemətlərdən və asanlıqlardan biridir. İnsanın ümidsizliyə qapılıb etdiyi yanlışlardan sonra özünü bir daha düzəldə bilməyəcəyini düşünməsi pis zənndir. Allahın şəfqətini, mərhəmətini, bağışlayıcılığını göz ardı edən insan öz-özünə zülm etmiş, eyni zamanda da Quran əxlaqının tələbini tətbiq etməmiş olur. Yanlışlaronlardandərhal uzaqlaşan və Qurana uyğun davranaraqvəziyyəti bərpa edən səmimi möminlərin axirətdəki dərəcələrini yüksəldir, onları kamilləşdirir, əskiklik və acizliklərinin, ibadətlərinin daha yaxşı şüuruna varmalarını təmin edir. Mühüm olan insanın günahında israr etmədən dərhal peşman olub tövbə etməsidir. Ayələrdə Rəbbimiz saleh əməllər edən, zəkat verən, qısası, Quran əxlaqını yaşayanları bağışlayacağını vəonlara mərhəmət edəcəyini bildirir:

Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram. (Taha surəsi, 82)

Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Nur surəsi, 5)

Bütün bunlar Allaha sığınıb tövbə və bağışlanma diləməkdən çəkinən və səhvlərindən təmizlənməyə yanaşmayan insanlara Allahın verəcəyi qarşılıqlardan yalnızca bir neçəsidir. Onlar üçün müəyyən edilən zaman insanları aldatmamalıdır. Allah insanlara mərhəmətindən, bağışlayıcılığına görə doğru yola yönəlmələri üçün müəyyən qədər vaxtverir. Əgər insan bu müddəti öz lehinə istifadə edib, vaxt varkən tövbə və bağışlanma diləyərək hidayətə yönəlməsə, nəticə qarşısıalınmaz əzaba çevrilə bilər. Bundan əlavə, insan özü üçün təqdir edilən vaxtın nə vaxt bitəcəyini bilə bilməz. Bu görə hər an öləcəkmiş kimi imanını gücləndirmək və əxlaqını gözəlləşdirmək üçün ciddi səy göstərər. Ölənə qədər hər insan üçün hər an tövbə edə və səmimiyyətlə Allaha təslim ola bilər.

...