Bəzi cəmiyyətlərdə ailələr dini təməl üzərində qurulsalar da, bəzilərində Quran əxlaqını yaşamaq istəyən ailə fərdlərinin dini yaşamasına qarşı çıxılır. Bu ailələr uşaqları dini mövzulara kiçik belə olsa, meyil etsələr, buna çox böyük reaksiya verirlər. Ən maraqlısı budur ki, uşaqlarını dindən uzaq tutmaq üçün dinin bəzi hökmlərini öz istəklərinə görə dəyişdirirlər. Din əxlaqını yaşamağa qərar verən uşaqlarını cahiliyyəyə geri döndərmək üçün “valideynlərə qarşı gəlmək, onları incitmək dinimizdə ən böyük günahdır”, “ana-ata haqqı hər şeydən öncədir”, “sənə haqqımı halal etmərəm” kimi ifadələr işlədirlər. Bu cür psixoloji təzyiqlər hələ İslam haqqında yetərincə məlumatı olmayan bir kimsəyə istər-istəməz yalnış etdiyini hiss etdirə bilər.
Halbuki hər mövzuda olduğu kimi, bu barədə də iman gətirən kimsənin edəcəyi ən doğru hərəkət Qurana müraciət etməkdir. Quran əxlaqında isə valideynlərə necə münasibət göstəriləcəyi açıqdır. Quranda ata-anaya qarşı gözəl və həlim davranmaq tövsiyə edilir:
Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. (Ənkəbut surəsi, 8) Ancaq bu ifadə valideynlərin hər istəyini sorğu-sualsız yerinə yetirmək və hər mövzuda onlara tabe olmaq demək mənasına gəlmir. Ayədə bildirilən valideynlərlə hörmətlə, ölçülü və mehriban davranılmasıdır. Mömin kobud, qəlb qırıcı söz və davranışlar göstərməkdən çəkinər. Ancaq bu, dini mövzularda Allahın əmr və qadağalarına riayət etməkdə zəiflik göstərməsinə səbəb olmaz. Belə ki, ayənin davamında bu hörmət və güzəştin sərhədləri belə bildirilmişdir:
Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm. . (Ənkəbut surəsi, 8)
Göründüyü kimi, valideynlərə itaətin sərhədləri Allaha itaətlə sona çatır. Ata-ananın “Allahın əmr və qadağalarını yox, mənim istəklərimi yerinə yetirməlisən” kimi bir istəyini qəbul etmək onları Allaha şərik qoşmaq deməkdir. Şübhəsiz, bir mömin belə bir itaəti əsla qəbul etməz.
Ancaq Allah insanları valideynləri dinsiz olsalar da, onlara dünyəvi məsələlərdə gözəl davranmağa və onların könlünü xoşluqla almağa təşviq edir:
Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et!Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm. . (Loğman surəsi, 14-15)
Diqqət edilsə, Allah valideynlərlə bağlı ayələrdə Ona şərik qoşulmamasını və Ondan başqasına qulluq edilməməsini xüsusi vurğulayır. Yuxarıdakı ayədə itaət olunacaq kimsənin cahiliyyəyə çağıran ata-ana yox, tam təslimiyyətlə Allaha yönələn kimsələr olduğu bildirilir.
Quranı araşdırsaq, inananların böyük bir qisminin valideynləri, ya da qohumları ilə imtahan olunduqlarını görürük. Bunların arasında peyğəmbərlər də var. Məsələn,hz.İbrahim onu cahiliyyəyə çağıran, hətta onu bu barədə təhdid edən atasına qarşı Quranda bildirilən “itaət etməmək, amma xoş keçinmək” metodunu tətbiq etmişdir:
Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi.
Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?
Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim.
Atacan! Qorxuram ki, ər-Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan”.
(Atası) dedi: “Sən mənim tanrılarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər (buna) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”
(İbrahim) dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. . (Məryəm surəsi, 41-47)
Həmçinin hz.Lut və hz.Nuhun xanımları da inkarçı olmuş və bu səbəbdən də Allah aralarını ayırmış və onları əzablandırmışdır. Hz. Nuhun oğlu da inkarçı olmuş və buna görə Allah hz.Nuha “O dedi: “Ey Nuh! O sənin ailəndən deyildir. Doğrusu, bu, pis bir işdir. (Hud surəsi, 46) ayəsi ilə xəbərdarlıq etmişdir.
Peyğəmbərimiz (səv) də İslamı təbliğ etmə vəzifəsini yerinə yetirərkən qohumlarından hədsiz reaksiyalara məruz qalmışdır. Öz əmisi Əbu Ləhəb böyük kin və nifrətlə Peyğəmbərimiz (səv) əleyhində təbliğat aparmış və qarşısına müxtəlif maneə və çətinliklər çıxarmışdır. Belə ki, Əbu Ləhəbi lənətləyən bir surə nazil edilmişdir. İslamın ilk dövrlərində bir çox müsəlman da eynilə Peyğəmbərimiz (səv) kimi ailələri tərəfindən müxtəlif əziyyət və zülm görmüş, ancaq buna baxmayaraq dinlərinən geri dönməmişlər. Onların bu qətiyyət və səmimiyyətlərindən təsirlənən bir çox valideyn də sonradan İslamı qəbul etmişdir.
Möminlərin bu mövzuda çoxqətiyyətli davranmalarının səbəbi Quranda ağılın tövsiyə edilməsi və heç bir mövzuda emosionallığa yer verilməməsidir. İslam dininin təməlində ağıl dayanır və buna görə də emosional, romantik ruh halı dinin yaşanmasını olduqca çətinləşdirir.
Müsəlman incə ruhlu, həssas insandır. Amma Allahın, dinin tələbi, İslamın mənfəətləri nəzərə alındıqda ən kiçik bir emosionallığa qapılmaz və Quran ayələrini tətbiq etməkdə zəiflik göstərməz. Ölçüsü Allahın rizasının ən çoxunu qazanmaq olduğu üçün heç bir mövzu və heç bir şey haqqında ön mühakiməsi olmaz və məsələni böyütməz. Həqiqi iman ancaq belə bir ruh halı ilə mümkündür. Həmçinin emosionallığın özü də sevginin yalnış yönləndirilməsidir. Səmimi mömin sevgisini ancaq Allaha və Onun rizasını qazanmağa yönəldər. Bunun xaricində, yəni Allahın rizasi xaricində qurulan sevgi Quranda “bütləşdirmək” və ya “şirk qoşmaq” olaraq adlandırılır. Quranda hz.İbrahimin dilindən bu mövzu belə deyilir:
(İbrahim) dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”. . (Ənkəbut surəsi, 25) İnsan Allaha və dinə qarşı düşmənçilik bəsləyən birinə sevgi bəsləyərsə, ayə də üzərində təzahür edər. İstər həmin insan ailəsi, anası, atası, övladı, qardaşı, xanımı, əri və ya qohumu olsun, heç bir fərqi yoxdur. Quranda bu mövzuya belə diqqət çəkilir: Quranda Allahın əmrlərini yerinə yetirmək üçün öz evlərindən, ailələrindən ayrılmağa məcbur olan möminlərdən bəhs edilir. Bunlardan biri hz.Məryəmdir. Hz.Məryəmin gənc və müdafiəsiz olması, Allaha güvənib sığınaraq Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın. Sizlərdən onları dost tutanlar zalımlardır. De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. . (Tövbə surəsi, 23-24) Onun rizasını qazanmaq məqsədilə tək başına ailəsindən və qövmündən ayrılmasına mane olmamışdır. Quranda hz.Məryəmdən belə bəhs edilir:
KitabdaMəryəmi də yada sal. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmişdi. . (Məryəm surəsi, 16) Quranda verilən bir başqa örnəkdə “Kəhf əhli” qissəsində bəhs edilən gənclərdir. Onlar qövmləri Allaha üsyan etdiyi üçün onlardan ayrılmış və mağaraya sığınmışlar:
(Cavanlardan biri o birilərinə) (dedi:) “Bizim bu xalqımız Allahdan başqa tanrılar qəbul etdi. Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın. . (Kəhf surəsi, 15-16) Qısaca, cahiliyyə cəmiyyətinin içindən çıxan insanın ailəsi Quran əxlaqına sahib deyilsə və övladlarını Allahın rizasından uzaqlaşdırmağa çalışırsa, bu halda onlara xoşluqla doğruları anlatmaq lazımdır. Əgər bu fayda verməsə, onlara qarşı Quranda tövsiyə edildiyi kimi davranılmalıdır.