Quranda itaət

HZ. MUSANIN ANASININ İTAƏTİ

Hz. Musa çox çətin bir şəraitdə dünyaya gəldi. Doğulduğu anda belə həyatı təhlükədə idi. Firon bütün yeni doğulan oğlan uşaqlarını öldürür, qız uşaqlarını isə köləlik üçün sağ qoyurdu. Hz. Musa da belə bir təhlükə mühitində kölələrin arasında öldürmə təhdidi ilə yaşamağa başladı. Anası hz. Musa üçün narahat idi. Bu narahatlığı Allahdan ilham alana qədər davam etdi:

Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərimizdən biri edəcəyik”(– deyə) təlqin etdik. (Qasas surəsi, 7) Allah hz. Musanın anasına ondan ötrü qorxduğu zaman nə edəcəyini söyləmişdi. Əgər Fironun adamları hz. Musanın doğulduğunu öyrənsə, onu sandığın içinə qoyacaq və suya buraxacaqdı. Hz. Musanın anası aldığı vəhyə görə belə də etdi. Çünki oğlunun həyatından narahat idi. Hz. Musanı sandığa qoydu və axan Nil çayının sularına buraxdı.Axıntının onu necə və hara aparacağını bilmirdi. Lakin Rəbbimizin ilhamı ilə yenidən ona qovuşacağını və peyğəmbər olacağını bilirdi. Hər şeyi yaradan və onlara nizam verən Allah onu və hz. Musanı yaratmış, qədərlərinin necə olduğunu da ona bildirmişdi. Allah daha sonra doğumu ilə bağlı bu həqiqəti hz. Musaya belə xatırladacaqdı:

O vaxt ki, anana vəhy olunacaq şeyi belə vəhy etdik: "Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün. (Ta ha surəsi, 38-39) Quranda izah edilən bu nümunədə peyğəmbər anası da olsa, övladını suya buraxan bir ananın Allaha olan itaətini görürük. Qissədən məlum olduğu kimi, hz. Musanın anası çox böyük çətinliklər yaşayaraq itaətini davam etdirib. Ancaq itaətinin qarşılığında Allah çətinliyin ardından rahatlıq yaratmış və onu övladına yenidən qovuşdurmuşdu.

...