Elçiyə itaət etməyən insanlar təkəbbürlərinə görə elçinin ağlını diqqətə almaz, onun fikirlərini bəyənməz və hətta daha da irəli gedərək ona lağ edərlər. Ona yarım ağıllı və dəli deyər, ən sonda da elçi və onunla birlikdə olan möminlərlə yollarını ayırarlar. Quranda münafiq adlandırılan bu insanların həyatlarının geri qalanında və axirətdə düşəcəkləri vəziyyət Quranda belə xəbər verilir:
Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir. (Nisa surəsi, 115) Bir başqa ayədə isə Allaha və elçiyə üsyan edənlərin halı belə bildirilir:
Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, (Allah) onu içində əbədi qalacağı (Cəhənnəm) oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır. (Nisa surəsi, 14) Bu cür insanların qızmar yanan cəhənnəm alovu içində əzab çəkdikləri zaman yaşadıqları peşmançılıq dolu sözləri “Əhzab” surəsində belə xəbər verilir: Üzləri odda o yan bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə müti olaydıq!” (Əhzab surəsi, 66) Allah rizası üçün edilən saleh davranışlar yalnız itaətlə edilərsə, bərəkət qazanar və Allah qatında dəyəri olar. Bunun əksi üçün edilənlər Allah qatında keçərsiz olacaq. Allah buna Quranda belə diqqət çəkir:
Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin! (Muhamməd surəsi, 33)