İtaətə layiq olan ən böyük varlıq, şübhəsiz ki, bütün aləmlərin Rəbbi olan Allahdır. Ona itaət etmək və Onun buyruqlarına əməl etmək hər şeydən daha üstündür. Allahdan başqa yalnız Onun izni ilə və icazə verdiyi kimsələrə itaət etmək olar. Quranda bu barədə möminlərə belə bildirmişdir:
Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. (Nisa surəsi, 59)
Göründüyü kimi, itaət əvvəlcə hər şeyi yaradan, onları dilədiyi kimi yönləndirən, ibadətdə şərik qəbul etməyən və tək hökm sahibi olan Allaha olmalıdır.
Allahın izn verdiyi müddətcə də başqasına itaət etmək əslində Ona itaət etməkdir. Allaha və Rəsuluna itaət etmək imanın qəlbə girməsinə səbəb olur. Bu əmr Quranın bir çox ayəsində bildirilmişdir. Məsələn,“Hucurat” surəsinin 14-cü ayəsində belə xəbər verilir:
Bədəvilər: “Biz iman gətirdik!”– dedilər. De: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz müsəlman olduq!”– deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun Elçisinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!” (Hucurat surəsi,14) İnananlar isə Quranın “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə” (Nisa surəsi, 59) hökmünə uyğun olaraq itaətdə bir-biriləri ilə yarışır və bu mövzuda əsla zəiflik göstərmirlər.
Bunlar Allahın hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, (Allah) onu (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, (Allah) onu içində əbədi qalacağı (Cəhənnəm) oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır. (Nisa surəsi, 13-14)