Quranda itaət

ƏMR SAHİBLƏRİNƏ İTAƏT

Quranda Allah və elçisinə itaətlə bərabər əmr sahiblərinə itaətdən bəhs edilir. Əmr sahibləri elçinin bəzi mövzularda hikmət sahibi gördüyü və o mövzu ilə bağlı məsul bildiyi şəxslərdir. Elçi bu məsuliyyəti yenə Allahın ona ilham etdiyi fərasətlə verir. Əmr sahiblərinə itaət də Allaha və elçisinə itaət qədər vacibdir. “Nisa” surəsinin 59-cu ayəsində Allah əmr sahiblərinə itaət etməyin əhəmiyyətini Özünə və elçisinə itaət ifadələri ilə birlikdə belə vurğulayır:

Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır. (Nisa surəsi, 59) Ayədən də görünür ki, Allah möminlərə öz aralarında anlaşılmazlığa düşdükləri mövzularda çətinliyə düşməmələri və xeyirli bir nəticə ilə sonlandırmaları üçün elçi ilə məsləhətləşmələrini əmr etmişdir. Möminlər bu kimi hallarda elçiyə itaət etməyərək mövzunu öz aralarında həll etməyə çalışdıqları zaman necə bir vəziyyətlə qarşılaşacaqları Quranda belə xəbər verilir:

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46) Elçinin və əmr sahiblərinin əhəmiyyəti və Quran əxlaqının bir çətinliklə qarşılaşıldıqda da qorunmalı olduğu ayələrdən də aydın olur. Elçinin və əmr sahiblərinin digər möminlərdən daha kəskin ağıla sahib olduğu bir başqa ayədə belə xəbər verilir:

Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, (hamınız) şeytana uyardınız. (Nisa surəsi, 83) Ayənin sonundakı “şeytana uyardınız” ifadəsindən də aydın olur ki, itaaət insanın özünü düzəltməsi və doğru olanı tapması üçün Allahın möminlərə bəxş etdiyi nemətdir.

...