Qətiyyət hər hansı bir məqsədə çatmaq üçün maneə və çətinliklərə baxmayaraq, əzimli şəkildə edilməli olanları əksiksiz yerinə yetirməkdir. Bu mənada qətiyyət möminlərin həyatları boyu ehtiyac duyduqları və onlara Allahın rizasını qazandıran əsas əxlaqi xüsusiyyətlərdən biridir. Allah aşağıdakı ayədə möminləri ibadətlərində qətiyyətli olmaları barədə xəbərdar etmişdir:
O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbrli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)
Allah Quranda Ona inanan möminlərin həyatları boyu tabe olmalı olduqları bütün əmr və qadağaları bildirmiş və dünya həyatında yaşamalı olduqları imani kamilliyi və əxlaqi xüsusiyyətləri onlara açıqlamışdır. Hər müsəlman Qurandan məsul olduğunu və Allahın rizasını qazanmanın vacibliyini bildiyi üçün Allahın ona endirdiyi bütün əmr və qadağalara tabe olar və bu dünyada cənnətə layiq bir əxlaqa çatmağa çalışar. Möminlər Allaha ən gözəl şəkildə qulluq edərək Allahın razı olacağını umduğu düşüncə və davranışlarda olar.
Allah Quranın bir çox ayəsində möminlərin etməli olduqları ibadətləri bildirmişdir. Möminlər bu barədə əsla tənbəllik göstərməzlər. Bütün ibadətləri sevərək və şövqlə ən gözəl tərzdə yerinə yetirərlər. Allah möminlərin bu mövzudakı qərarlılıqlarını Quranda belə xəbər vermişdir:
O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)
Möminlər Allahın “Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ! (Həcc surəsi, 37) ayəsində bildirildiyi kimi, etdikləri ibadətləri Allah qatında əsl dəyərli edənin onların qəlblərindəkı niyyət olduğu bildirilir. Bu səbəbdən də ixlas və səmimiyyətlə hərəkət etməyə çox diqqət edirlər.
Möminlər ibadətlərindəki bu qətiyyəti Allahın razı olduğu və ayələrdə tərif etdiyi üstün əxlaqa çatmaq üçün göstərirlər. Möminlərin bu barədə göstərdikləri qətiyyət və qərarlılıq gözəl əxlaqı yaşaya bilmək üçün öz nəfslərinə qarşı verdikləri səmimi mübarizədən də aydın olur
.
Allah dünya həyatındakı imtahanın tələbi olaraq insana iki yol göstərmişdir:doğru və yalnış yol. Möminlər həyatları boyu gözəl əxlaq göstərə bilmək üçün nəfslərindəki bu yanlış yola düşməkdən çəkinirlər. Məsələn, mömin əsəbləşəcəyi hər hansı bir halla qarşılaşdıqda qərarlılıq göstərərək əsəbini boğar və bağışlayıcı olar. Kinli biri ilə qarşılaşdığında ona eyni tərzdə qarşılıq verməz, qətiyyət göstərər və təvazökar olar. Rəbbimiz Quranda “Doğrusu, nəfslər xəsislik etməyə hazırdır” (Nisa surəsi, 128) deyə buyurmuş və nəfsimizin eqoist istəklərinə qarşı diqqətli olaraq gözəl əxlaqda qətiyyət göstərməyimizi əmr etmişdir. Allahın bildirdiyi əxlaqı yaşayan insan comərd, paylaşmağı sevən və özündən çox insanları düşünən birinə çevrilər. Hər şəraitdə qətiyyətini qoruyar və ətrafındakılara hər zaman sözün ən gözəlini söyləyər.
Möminlər Quran əxlaqına böyük hörmətlə bağlıdırlar. Həyatları çətinlik və sıxıntı içində keçsə də, bolluq və rifah içində yaşasalar da, Quran əxlaqından əsla geri addım atmazlar. Allah Quranda “O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!”–deyirlər (Bəqərə surəsi, 156) ayəsi ilə bildirdiyi kimi, Allaha olan bağlılıqlarını və təslimiyyətlərini heç bir zaman itirməzlər. Möminlərin bu şəkildə hərəkət etmələri onlara güclü xarakter qazandırır və imanlarını kamilləşdirır.Allah Quranda iman edənlərin bu üstün əxlaqını və Allaha olan sədaqət və təslimiyyətlərini bu şəkildə tərifləmişdir:
O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. (Nisa surəsi, 125) Allah Quranda dininə təslim olan hz.İbrahimi tərifləmiş və onun dostu olduğunu bildirmişdir. Allah möminlərin hər şəraitdə dəyişməyən təslimiyyətli davranışları və Ona bağlılıqlarını Quranda belə xəbər vermişdir:
Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi, 41) Möminlərin Quran əxlaqını yaşamadakı qətiyyətlərini göstərən bir digər əlamətdə Allah rizasını qazanmada qətiyyətli davranmalarıdır. Möminlər daim Allahın rizasını qazanmağı düşünür və bunun üçün saleh əməllər edirlər. Allahın sevdiyi və rəhmət etdiyi bir qul olmağı qəlbən arzulayırlar. Həyatları boyu Allahı vəkil tutur, din əxlaqını yalnız Allah üçün yaşayırlar. Möminlərin heç bir zəifliyə qapılmadan daim imanlarını artırmağa çalışmaları Allaha duyduqları sədaqətin onlara böyükqətiyyətqazandırdığını göstərir.