Quranda sədaqət

Allah yolunda doğru istiqamət tutublar

İnsanların düşüncələri, həyat tərzləri məqsədlərinə və hədəflərinə görə dəyişə bilir. Hər kəsin özhədəflərinə görə həyat tərzi olur.

Məsələn, böyük bir şirkətin müdiri olmaq istəyən bir insan bu məqsədini gerçəkləşdirə bilmək üçün universitetin idarəetmə fakültəsinə daxil olmalı və müdir olmaq üçün lazımi məlumatları bilməli və təcrübə qazanmalıdır. Həyatı boyu bu peşəni davam etdirəcək və bu peşənin gətirəcəyi həyat tərzini mənimsəyəcək. Universitet professoru olmaq istəyən bir insan çox çalışacaq, bəlkə də, xaricdə illərlə yaşayıb təhsilini davam etdirəcək, hətta bunun üçün öz gəncliyindən, zövq və istəklərindən keçməli olacaq. Qısaca, insanlar öz məqsədlərinə uyğun həyat tərzi seçərək bütün həyatlarını bu məqsədlər üzərinə qururlar.

Əlbəttə, insanın dünya həyatında özünə bir sıra hədəflər seçməsi və bunlara çatmaq üçün cəhd etməsində heç bir yanlışlıq yoxdur. Yanlış olan bütün hədəflərinin sadəcə dünyəvi istəklərini qarşılayacaq olması və axirətini heç düşünməməsidir. İnsanın hədəfi yalnız dünyadırsa,həyatıyuxarıda təsvir etdiyimizdən fərqli olmayacaq. Allaha iman gətirməyən və axirət həyatından xəbərsiz yaşayan bir insan özü üçün planlaşdırdığı dünyəvi hədəflərə çatmaq üçün çalışacaq.

Beləliklə, möminlərlə inkar edənlər arasındakı ən mühüm fərqlərdən biri də budur. Möminlər kafirlərdən fərqli olaraq bu dünyanın dəyərsizliyini vəkeçiciliyini çox yaxşı qavradıqları üçün heç bir halda dünyaya bağlanmazlar. Əlbəttə, dünya nemətlərindən ən gözəl şəkildə yararlanarlar. Ancaq möminlərin bu dünyadakı məqsədi Allaha qulluq etmək, Onun rizasını və rəhmətini qazanıb cənnətinə qovuşmaqdır. Bu səbəbdən möminlər həyatlarını onlara Allahın rizasını qazandıracaq saleh əməllər etmək və Quran əxlaqını yaşamaqla keçirərlər. Allahın “Sizə Allahın ayələri oxunduğu və Onun Elçisi sizinlə olduğu bir vaxtda siz necə küfr edirsiniz? Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar”ayəsi ilə də bildirildiyi kimi, Allaha çox möhkəm bağlandıqları üçün Allah onları Öz haqq yoluna yönəldər.

Möminlərin həyatı boyu yalnız Allahın onlara göstərdiyi yolu izləyən və “De: “Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq(Ənam surəsi, 71) - deyərək bu yolda “doğru” istiqamət tutan insanlardır. “Doğru istiqamət tutmaq” möminlərin həyatları boyu Allahın özlərinə göstərdiyi doğru yoldan əsla ayrılmadıqlarının sübutudur.

Allah Quranda möminlərin bu üstün əxlaqını örnək göstərərək mələklər tərəfindən cənnətlə müjdələndiklərini xəbər vermişdir:

Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! (Fussilət surəsi, 30)

Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Əhqaf surəsi, 13) Möminlər Allahın rizasını hər şeydən üstün tutduqları üçün - Allahın diləməsi istisna olmaqla - doğru yoldan azmaları mümkün deyil.Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. (Mucadələ surəsi, 22) Möminlər Allahın onlara göstərdikləri bu yolla irəliləməkdən əsla geri çəkilməzlər. Buna bağlı olaraq duyduqları güclü sədaqət və təslimiyyət duyğusu ilə Allahın “De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur”(Ənam surəsi, 162) ayəsi ilə bildirildiyi kimi, bütün həyatlarını Allahın rizasını qazanmaq üçün yaşayarlar. Gördükləri hər işdə Allahı anar və o işi Allahın rizasını qazanmaq niyyəti ilə edərlər.

Bununla yanaşı möminlər üzləşdikləri çətinliklərə qarşı ən gözəl tərzdə səbir edərək, daim Allaha dua edərək Allahdan yardım diləyərlər. Onlar üçün həyatları boyu bu yolda irəliləmək və Allahı razı edəcək əməllər və davranışlar göstərmək çox vacibdir. Möminlərin bu yoldakı istəkləri, şövqləri,gücləri,qərarlılıqları onların Allaha duyduqları dərin sədaqətin və təslimiyyətin dəlilidir

...