Allah Quranın bir çox ayəsində infaq etməyin möminlərin məsul olduğu ibadətlərdən biri olduğunu bildirir. İnfaq etmək möminin Allahın verdiyi hər neməti Onun yolunda və Onun rizasını qazanmaq üçün xərcləməsidir.
İnfaq etməyin möminin Allaha olan sədaqətinin göstəricisi olduğunu iman etməyən və ya münafiq xarakterli insanların bu mövzuya münasibətini müqayisə edərək də anlamaq olar. Qəti iman etməyən səmimiyyətsiz kimsələr üçün sahib olduqları maddi sərvətlər çox dəyərlidir.Onlar sahib olduqları bu dəyərli şeyləri öz inanclarına görə qəti bilgi ilə inanmadıqları və ya şübhə etdikləri bir şey uğrunda əsla xərcləməzlər. Allaha və axirətə tam iman gətirmədikləri üçün də Allaha və elçisinə sadiq olmaz və bu yolda sahib olduqlarını sevərək xərcləməzlər. Bu səbəbdən Allah yolunda infaq etməyə çağrıldıqları zaman bundan qaçaraq xəsislikedərlər. Allah qəlblərində xəstəlik olan bu insanların səmimiyyətsiz davranışlarını belə bildirmişdir:
Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər. (Muhamməd surəsi, 38)
Qəlblərində xəstəlik olan bu insanların bir başqa çirkin davranışları da dinə zərər vermək və möminlərin bir-birilərinə olan bağlılıqlarını qırmaq üçün Allahın “Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!”– deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar” (Munafiqun surəsi, 7) ayəsində də bildirildiyi kimi, başqalarının da möminlərə köməyinin qarşısını almaqdır. Öz aralarındakı sədaqət anlayışı yalnız pul və mala bağlı olduğundan möminlərin bir-birilərinə bağlılıqlarını da ancaq bu yöndən qiymətləndirirlər. Bu cür hərəkət etdikləri zaman iman gətirənlərin dağılacaqlarını düşünürlər. Halbuki möminlərin öz aralarındakı ittifaq maddi dəyərlər üzərində qurulmayıb.Onları bir arada saxlayan Allaha olan imanları, sədaqətləri və Allah qorxularıdır. Bu səbəbdən münafiq xarakterli insanların bu məqsədlə etdiklərinin bir nəticəsi olmaz.
Münafiq xarakterli insanların göstərdikləri bu əxlaq sayəsində möminlərin mallarını Allahın rizası üçün infaq etmələrinin əhəmiyyəti aydın olur. İnfaq saleh bir möminlə inkar edən ya da münafiq xarakterli bir insanı bir-birindən ayırd edən ən vacib ibadətlərdən biridir. Allah inkar edənlərin möminləri Onun yolundan uzaqlaşdırmaq üçün mallarını xərcləsələr belə, sonda peşmançılıq çəkəcəklərini belə bildirmişdir:
Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafir olanları Cəhənnəmə toplayacaqlar. (Ənfal surəsi, 36) Bu insanlar infaq etməyin nə demək olduğunu, dəyərini, bu dünyada və axirətdə özlərinə verəcəyi qazancın fərqində deyillər. Sahib olduqları hər şeyin Allaha aid olduğunun şüurunda olmadıqları üçün bunları Allah yolunda xərcləməkdən daim çəkinirlər. Çəkinməsələr belə, etdikləri infaqı Allah rizası üçün yox, sadəcə öz mənfəətləri üçün və göstəriş məqsədi ilə edirlər. Bu kimsələr Allaha və Rəsuluna sevgi və bağlılıq göstərməli olduqları halda, Allahınözlərinə infaq etmələri üçün verdiyi maddi şeylərə bağlanırlar. Bu kimsələrdəki mal və zənginlik sevgisinin nə qədər güclü olduğunu özlərinə infaq etmələri xatırladıldıqda verdikləri cavabdan da aydın olur. Allah Quranda inkar edənlərin bu mövzudakı düşüncələrini belə bildirilmişdir:
Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!”– deyildikdə kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”. (Yasin surəsi, 47) Yuxarıda təsvir edilən çoxlu mal yığma psixologiyası insanı sahib olduqlarını Allah yolunda xərcləmək kimi çox dəyərli bir ibadətdən uzaqlaşdırır. Digər bir tərəfdən infaq etmək iman gətirənlərin Allaha olan sədaqət və bağlılıqlarının göstəricisidir. Allah Quranda bağlılıqlarının çox güclü olması səbəbindən Allah yolunda infaq edəcək bir şey tapmayıb göz yaşı axıdan möminlərin əxlaqını örnək vermişdir:
“Sizin üçün minik tapa bilmirəm”– dediyin zaman xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərin də heç bir günahı yoxdur. (Tövbə surəsi, 92)
Allaha dərin sevgi və sədaqət duyan bir insan sahib olduğu və ya olacağı hər şeyi bu yolda sevərək və istəyərək xərcləyər.Bu səbəbdən də infaq etmək Allahın “O kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər” (Həcc surəsi, 35) ayəsi ilə bildirildiyi kimi, möminin ən mühüm xüsusiyyətlərindəndir. Möminlər Allahın özlərinə infaq etmələri üçün verdiyi bütün nemətləri Onun rizasını qazanmaq üçün xərcləyərək Allaha olan bağlılıqlarını və təslimiyyətlərini ən gözəl şəkildə göstərməyə çalışırlar.
Möminlər üçün infaq etmək şərtlərə bağlı bir ibadət deyil. İnsan zənginlik içində olub infaq edəcək mal-mülkə sahib olduğunda bu ibadəti yerinə yetirməklə nə qədər məsuldursa, maddi imkanları məhdud olduğunda da eyni dərəcədə məsuldur. Ancaq Allah Özünə qəlbən bağlı olub xeyirə çağıran, ancaq infaq üçün bir şey tapa bilməyən möminlər üçün heç bir günahın olmadığını bu ayə ilə bildirmişdir:
Allaha və Onun Elçisinə sadiq qalacaqları təqdirdə acizlərə, xəstələrə və vuruşmağa vəsait tapa bilməyənlərə evdə qalmaqda heç bir günah yoxdur. Yaxşı işlər görənləri danlamağa əsas da yoxdur. Allah Bağışlayandır, Rəhmlidir. (Tövbə surəsi, 91) Möminlər nə qədər çətin vəziyyətdə olsalar belə, əgər infaq edəcək bir şeyləri varsa, bunu sevə-sevə verərlər. Hansı şəraitdə olursa-olsun, bu məsuliyyətlərini mütləq yerinə yetirməyə çalışarlar. Bu səbəbdən Allah bir ayədə möminlərdən “O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir...” (Ali-İmran surəsi, 134) deyə bəhs etmişdir. Başqa bir ayədə isə Allah düşdükləri vəziyyətdən aslı olmayaraq möminlərin infaq etməkdə qətiyyətli davrandıqlarını, gizli ya da açıq olaraq bu ibadəti yerinə yetirdiklərini bildirmişdir:
Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 274) İnfaq etməyin möminlərə qazandırdığı bir başqa gözəllik də bu ibadətin Allaha yaxınlaşmağa səbəb olmasıdır. Allah bir ayədə infaq etməyin bu hikmətini belə bildirmişdir:
Bədəvilərdən eləsi də vardır ki, Allaha və Axirət gününə inanır, xərclədiyini Allah dərgahında yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də, bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhəmətinə qovuşduracaqdır. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Tövbə surəsi, 99)
Möminlərin bu ibadətlərini “Allaha yaxınlaşmaq, elçinin dua və bağışlanma diləməsinə bir yol” olaraq görmələri nə qədər səmimi və təslimiyyətli olduqlarını göstərir. Möminlər sahib olduqları malları Allahın rizasını qazana biləcəkləri saleh əməllər üçün xərcləyər və bu yolla Allah şükür edib yaxınlaşmağa çalışarlar. Dolayısilə infaq etmək həm Allaha olan sədaqətlərinin gücünü göstərərək imanlarını, həm də Allaha daha da yaxınlaşdıraraq təslimiyyətlərini artırır. Allah bir ayədə möminlərin mallarını “Allahın razılığını qazanmaq və nəfslərini təmizləmək” məqsədilə infaq etdiklərini bildirərək onların bu gözəl əxlaqını tərifləmişdir.
İnkar edənlərin dünya həyatında çox dəyər verdikləri, böyük sevgi və şəhvətlə bağlandıqları malları möminlər üçün Allahın rizasını qazanmaq üçün umduqları bir nemətdir. Sahib olduqları hər şeyin həqiqi sahibinin Allah olduğunu bildikləri üçün bu ibadəti yerinə yetirməkdə heç bir çətinlik çəkməzlər.
Bütün bu nemətləri yalnız Allahın rizasını qazanmaq üçün böyük şövqlə xərcləmələri və infaq etməyi Allaha yaxınlaşmaq üçün bir vasitəgörmələri möminlərin sədaqətlərinin ən gözəl təzahürüdür.