Əməllərin qarşılığı

İNKAR EDƏNLƏRİN ÜZLƏŞƏCƏYİ QARŞILIQ

http://yapilanlarinkarsiligi.imanisiteler.com/22.htm İNKAR EDƏNLƏRİN ÜZLƏŞƏCƏYİ QARŞILIQ İnsanların böyük əksəriyyəti arasında yayılmış ortaq həyat tərzi var. Bu din əxlaqının olmadığı yerdə ortaya çıxan şeytanın sistemidir. Bu sistemin təməlində səmimiyyətsizlik durur. Səmimiyyətsizlik insanların həyatlarına elə dərindən nüfuz edib ki, kənardan ən səmimi görünən insanlar ya da ən səmimi olduğu düşünülən davranışlar belə əslində olduqca səmimiyyətsiz niyyətlərlə ortaya çıxır. Bu insanlar dilə gətirməsələr də, içində olduqları yanlışlığın fərqindədirlər. Əsl dostluğu, sevgini heç cür yaşamadıqlarına, həqiqi mənada güvəndikləri insanlar olmadığına görə insanların ikiüzlülüyündən hər dəfə şikayətlənirlər. Hətta özləri də ətrafındakı insanlara qarşı eyni əxlaqı göstərməkdən çəkinmirlər. Belə bir sistemdə hər insan etdiklərinin zərərini yenə özü çəkir. Bu insanlar hər yolu sınadıqları halda, heç cür həqiqi daxili sevinc, hüzur və xoşbəxtliyi yaşamır və bunu da adi halmış kimi qəbul edirlər.Yəni onlara görə həyat onsuz da əsl xoşbəxtliyin və hüzurun daimi olaraq yaşandığı yer deyil.

Halbuki bədbəxtlik heç vaxt həyatın reallığı deyil. Əksinə, belə sıxıntıların həlli çox asandır. Allah Quranda "Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır" (Rad surəsi, 28) ayəsi ilə insanlara əsl xoşbəxtliyin ancaq imanla qazanıldığını bildirir. İnsanlar ancaq Allahın üzərlərindəki rəhməti və qorumasını anladıqları və yalnızca iman əxlaqını yaşadıqları təqdirdə dünya həyatının hər anından zövq ala bilərlər. Ancaq o zaman ətraflarındakı gözəllikləri lazımınca təqdir edib xoşbəxt ola bilərlər.

Allah, "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq" (Nəhl surəsi, 97) ayəsi ilə iman gətirən qullarına dünyada və axirətdə gözəl həyat vəd edib.Məhz Qurana tabe olanlar dünyada və axirətdə Allahın vəd etdiyi bu nemətdən faydalanırlar.

Amma burada diqqət etməli olduğumuz bir məqam var. Bu gözəl həyatı yaşamaq, həyatdan və dünya nemətlərindən, Allahın insanlar üçün yaratdığı gözəllikdən zövq almaq üçün iman qəlbə tam yerləşməlidir. Yoxsa insanların sadəcə dilləri ilə iman gətidiklərini demələri ya da iman gətirənlərə bəzi xüsusiyyətləri ilə bənzəmələri onları içində olduqları bədbəxtlikdən xilas etmir. Əsl xoşbəxtlik üçün insanlar Allaha qəlbən tam təslimiyyətlə bağlanmalı və həyatlarının hər anını Quran əxlaqına uyğun şəkildə yaşamalıdırlar. Əks təqdirdə həyatın hər mərhələsində daxilən əzabı dadmağa davam edirlər. Nə qədər xoşbəxt olmaq istəsələr də bunu bacarmırlar. Əksinə həyatlarına hüzn, bədbinlik, ümidsizlik kimi mənfi ruh halları hakim olur.

Göründüyü kimi, xoşbəxt olmağın yolu, əslində, çox asandır. Allah endirdiyi haqq kitab olan Quranla insanlara xoşbəxt olmağın sirrini bildirib. İnsan ancaq öz yaradılışına, Allahın onun üçün təyin etdiyi fitrətinə uyğun şəkildə davrandığı zaman gözəl həyat yaşaya bilər. Allahın rəhm edərək insanlara göstərdiyi bu yoldan üz çevirənlər ya da lazımınca yaşamayanlar öz əlləri ilə dünyalarını bədbəxt edirlər. Allahın "Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər" (Yunus surəsi, 44) ayəsi ilə bildirdiyi kimi, bu insanlar özləri özlərinə zülm edirlər.

Bu kəslərin yaşadığı bədbəxtlik, Allahın Quranda, "Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et! O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir. Həqiqətən, zalımlar üçün bundan (başqa) əzab da hazırlanmışdır. Lakin onların çoxu (bunu) bilmir" (Tur surəsi, 45-47) ayələri ilə bildirdiyi həqiqətin yaşanmasıdır. Allah insanlara etdiklərinin qarşılığını axirətdə verəcək. Ancaq Allah bundan əvvəl dünya həyatında insanların çoxunun fərqində olmadığı əzabın başlayacağını xəbər verir.

Başqa ayədə isə Allah “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik” (Ta ha surəsi, 124) hökmü ilə imandan üz çevirənlər üçün dünya həyatında yaşanılacaq sıxıntıdan və axirətdə alacaqları qarşılıqdan bəhs edib. Allah insanlara bu sıxıntıdan xilas olmağın yolunu da göstərir ki, bu daha əvvəl də bildirildiyi kimi, Allaha qarşı mütləq səmimiyyət və dərin imanı yaşamaqla mümkündür.

Mömin isə çətinliklərin imanının sınanması üçün xüsusi yaradıldığını, gözəl səbir və təvəkkül göstərdiyi təqdirdə bunların axirəti üçün xeyirli olacağını, yetkinləşməsi üçün böyük fürsət olduğunu bildiyi üçün rahatlığından, xoşbəxtliyindən heç nə itirmir. Hətta şövq və həyəcanı daha çox artır. Bu sıxıntılar onun mənəvi tarazlığına, dirayətinə və qətiyyətinəheç vaxt mənfi təsir etmir.

Bu vəziyyət kafirlər üçün tamamilə fərqlidir. İnkarçılar çəkdiyi fiziki əziyyətlərlə yanaşı ruhi əzab da çəkir. Qorxu, sıxıntı, ümidsizlik, təlaş, bədbinlik kimi inkarçı xüsusiyyətləri olan mənfi hisslər onların cəhənnəmdə çəkəcəkləri əzabın mənəvi qisminin bu dünyadakı kiçik başlanğıcıdır. Allah azdırdığı bu insanların “Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər” və “iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125) Axirətdə isə inkarçıların içində sonsuzadək qalacaqları yer insan bədəni və ruhuna iztirab çəkdirmək üçün xüsusi yaradılan cəhənnəmdir. Çünki inkarçılarıngünahları çox böyükdür. İnsanın özünü yaradan, can verən Allaha üsyan və nankorluq etməsi bütün kainatdakı ən böyük günahdır. Cəhənnəm bu günahın qarşılığında Allahın ədalətinin təzahür edəcəyi məkandır. İnsan Allaha qul olmaq üçün yaradılıb. Yaradılış məqsədini inkar etsə, qarşılığı pis olar. Allah ayədə belə buyurur:

Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər. (Ğafir surəsi, 60) Ayədə bildirildiyinə görə, insanların bir çoxu cəhənnəmə gedəcək və heç kim cəhənnəmdən sığortalanmayıb. Hər insan üçün ən böyük təhlükə cəhənnəmdir və heç bir şey bir insanın özünü -Allahın diləməsi xaricində sonsuza qədər davam edəcək olan cəhənnəm əzabından qorumasından daha əhəmiyyətli deyil.Dünya üzərindəki heç bir iş cəhənnəmdən xilas olmaq üçün ediləcək işlərdən əhəmiyyətli ola bilməz. Buna baxmayaraq insanların çoxu sərxoş kimi şüursuz gəzirlər.Önəmsiz mövzuları gündəm edib vaxt itirirlər.Əhəmiyyətsiz bir mövzu üçün aylarla, illərlə cəhd edir, amma özləri üçün ən böyük təhlükə olan cəhənnəmi düşünmürlər.Alovun düz yanındadılar, amma bunu fərq edə bilməyəcək qədər kordurlar.

İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı.Amma onlar hələ də qəflət içində (imandan) üz çevirirlər.Onlara öz Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə, ona istehza edərək, qulaq asmazlar, qəlbləri qəflət içində qaldığı halda. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: Məgər bu sizin kimi adi bir insan deyilmi? Gözünüz görə-görə sehrəmi inanacaqsınız... (Ənbiya surəsi, 1-3) Bəzi insanlar dünya həyatında onlara verilmiş müddəti əylənərək keçirirlər.Kimisi işində yüksəlməyi, kimisi "xoşbəxt yuva" qurmağı, çox pul qazanmağı həyatının tək məqsədi halına gətirib.Bunlar Allah rizası üçün edildikdə insana həm dünyada, həm də axirətdə fayda gətirər, ancaq insanın bunları həyatında tək məqsədi halına gətirməsi yanlışdır.Bu cür düşünənlərqarşılarındakı böyük təhlükənin fərqində deyillər.Belə insanlar üçün cəhənnəm xəyali məfhumdur. Halbuki cəhənnəm onlarınşəhvətlə bağlandıqları bu dünyadan daha gerçəkdir. Dünya yox olacaq, amma cəhənnəm əbədi var. Dünyanı, kainatı və insanı misli-bərabəri olmayan yaradılışla yaradan Allah eyni şəkildə axirəti və cəhənnəmi də yaratmış və cəhənnəm əzabını bütün müşrik, münafiq və kafirlərə vəd etmişdir. Yaradılmış ən pis məkan olan cəhənnəm ağlasığmaz dərəcədə əzab mənbəyidir.Bu əzab Allahın əzəmətinə yaraşacaq şəkildə yaradılmışdır və dünyada mümkün olan ən böyük iztirablardan qat-qat şiddətlidir. Cəhənnəmdəki əzab inkarçılar üçün sonsuza qədər davam edəcək.Cahiliyyə cəmiyyəti içindəki bir çox insan cəhənnəm əzabının müəyyən müddət davam edəcəyinə, sonra da bağışlanacaqlarına inanırlar.Bu kəslər dünya həyatından istədikləri qədər faydalanıb bunun qarşılığında cəhənnəmdə bir müddət qalacaqlarını, daha sonra bağışlanacaqlarını zənn edirlər.Halbuki Quranda cəhənnəmin əbədi davam edəcək əzab yurdu olduğu xəbər verilir.İnkar edənlər ayədə bildirildiyi kimi, "onlar orada əsrlər boyu qalacaqlar". (Nəbə surəsi, 23) Bütün canlı-cansız varlıqları olduğu kimi özünü də yaradan, özünə "qulaq, göz və qəlb" (Nəhl surəsi, 78) verən Allaha qarşı həyatını nankorluq və üsyanla keçirən kimsə -Allahın diləməsi xaricində sonsuz əzaba layiqdir.Özünü ovutmaq üçün irəli sürdüyü boş sözlərin heç bir faydası olmayacaq.Dünyada olarkən etdiyi münaqişələr, Allahın dininə qarşı göstərdiyi laqeydlik və hətta dirəniş onu bu vəziyyətə salıb. Dünyada olarkən Allaha qarşı təkəbbür göstərən, möminlərə qarşı da düşmənçilik bəsləyənlərə məhşər günü belə deyiləcək:

Elə isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin qalacağı yer necə də pisdir! (Nəhl surəsi, 29) Cəhənnəmin ən qorxunc xüsusiyyətlərindən biri əzabın heç vaxt bitməyəcəyidir.İçinə bir dəfə girdikdən sonra artıq geri dönüş yoxdur.Alovun əzabı sonsuza qədər davam edəcək.Allahın qəhr edici (Qəhhar) isminin ən çox təcəlli etdiyi yer budur.Bununla qarşılaşan insan mənəvi cəhətdən çökər.Çünki artıq heç bir ümidi qalmayıb. Quranda cəhənnəm xalqının çarəsizliyini belə izah edilir:

Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!”– deyiləcəkdir. (Səcdə surəsi, 20) MÖVZU İLƏ BAĞLI AYƏLƏR:

Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı (bütün) şahidlərinizi (köməyə) çağırın! Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin. (Bəqərə surəsi, 23-24)

Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi?Biz onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik.Onların üzərinə (göydən) bol-bol yağış yağdırmış və (evlərininaltından çaylar axıtmışdıq.Biz onları günahlarına görə həlak etdik və onlardan sonra başqa nəsillər yaratdıq.(Ənam surəsi, 6)

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin.Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları (günahlara) görə məhvə məhkum olanlardır.Kafir olduqlarına görə onlar üçün qaynar içki və üzücü bir əzab hazırlanmışdır.(Ənam surəsi,70)

Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar.Onlar ona iman gətirənlərdir.Onu inkar edənlər isə ziyana uğrayanlardır. (Bəqərə surəsi, 121)

Həqiqətən, dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir.Əgər iman gətirib (Allahdan) qorxsanız, O sizə mükafatlarınızı verər və sizdən mal-dövlətinizi istəməz.(Muhammədsurəsi, 36)

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər.Allah iman gətirməyənləri beləcə rəzalətə salar.(Ənam surəsi,125)

Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər.Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) Allah tez haqq-hesab çəkəndir.(Ali İmran surəsi, 19)

Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları öldürənləri üzücü bir əzabla müjdələ. (Ali İmran surəsi, 21)

Allah və Onun Elçisi tərəfindən ən böyük həcc günü insanlara Allahın və Onun Elçisinin müşriklərdən uzaq olma-sını (elan edəcək) bir bildirişdir.Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar.Yox əgər üz döndərsəniz, bilin ki, siz, Allahdan yaxa qurtara bilməyəcəksiniz.Kafirləri üzücü bir əzabla müjdələ. (Tövbə surəsi, 3)

Həqiqətən də, kafir olub kafir kimi də ölənlərin heç birindən dünya dolusu qızıl fidyə versə belə, qəbul olunmayacaqdır.Onlara sarsıdıcı bir əzab hazırlanmışdır və onların köməkçiləri də olmayacaqdır. (Ali İmran surəsi, 91) Şübhəsiz ki, Allah üçlüyün üçüncüsüdür!”– deyənlər artıq kafir oldular. Halbuki Bir olan İlahdan başqa heç bir ilah yoxdur.Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara mütləq üzücü bir əzab toxunacaqdır. (Maidə surəsi, 73) Onların bağışlanması üçün dua etsən də, etməsən də, (hətta) onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır.Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər.Allah günahkar insanları hidayət yoluna yönəltməz. (Tövbə surəsi, 80) Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür. (Nisa surəsi, 136) Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin.Əgər siz (fəsad törətməyə) qayıtsanız, Biz də (sizi cəzalandırmağa) qayıdarıq.Biz Cəhənnəmi kafirlər üçün bir həbsxana etdik.(İsra surəsi, 8) Biz dedik: “Hamınız oradan (yerə) enin! Mənim tərəfimdən sizə doğru yolu göstərən rəhbər gəldikdən sonra Mənim yol göstərənimin ardınca gedənlərə (axirətdə) heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”. (Bəqərə surəsi, 38) Kim küfr edərsə, küfrü öz əleyhinə olar.Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə yer) hazırlamış olarlar. (Rum surəsi, 44) (Bu ona görədir) ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin.Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Əhzab surəsi, 24) Məgər onlar göydə və yerdə qarşılarına və arxalarına baxmırlarmı?Əgər istəsək, onları yerə batırar və yaxud göyün bir parçasını onların başına endirərik.Şübhəsiz ki, bunda tövbə edib (Allaha) qayıdan hər bir qul üçün ibrət vardır. (Səba surəsi, 9) Sizi yer üzündə xələflər edən Odur.Kafirin küfrü öz əleyhinə olar.Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara bəslənən qəzəbi artırar.Kafirlərin küfrü onlara ziyandan başqa bir şey artırmaz. (Fatir surəsi, 39) Qəlbi imanla sabit qaldığı halda (haqqı danmağa) məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır. (Nəhl surəsi, 106) Küfr etsəniz, (bilin ki,) Allah sizə möhtac deyildir. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar.Heç bir günahkar başqasının günah yükünü daşımaz.Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir. (Zumər surəsi, 7) Ad (xalqına) gəlincə, onlar yer üzündə haqsızcasına təkəbbür göstərib: “Bizdən daha qüvvətli kim ola bilər?”– dedilər. Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmürdülərmi?Onlar ayələrimizi, sadəcə, inkar edirdilər.Biz onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün uğursuz günlərdə üstlərinə çox soyuq bir külək göndərdik.Axirət əzabı isə daha rüsvayedicidir.Onlara kömək də edilməz.(Fussilət surəsi, 15-16) O dedi: Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et! (Allah) dedi: “Onlar tezliklə peşman olacaqlar! Onları qaçılması mümkün olmayan qorxunc bir səs yaxaladı.Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun zalım adamlar! (Muminun surəsi, 39-40-41)

...