Qullarına qarşı sonsuz şəfqət və mərhəmət sahibi, insanın ən yaxın dostu, tək yardımçısı və vəlisi olan uca Rəbbimiz Quranla insanları bəyəndiyi əxlaqı yaşamağa dəvət etmişdir. Rəbbimiz Quranda “Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar” (Fussilət surəsi, 34) şəklində buyurmuş və insanlara yaxşı əməllərdə qətiyyətli olmalarını əmr etmişdir. Sonsuz ağıl və mərhəmət sahibi olan Allah pisliyə qarşı ən gözəl davranışla qarşılıq verdikdə mütləq gözəl nəticə əldə olunacağını vəd etmişdir. Hətta bir insanın qarşısındakı ilə düşmənçiliyi olsa belə, yaxın dostluq qurula biləcəyini bildirmişdir. Pisliyə qarşı yaxşılıqla cavab vermək insanların mərhəmət anlayışının tələbidir.Qarşı tərəfin Allahın bəyənməyəcəyi bir davranış içərisində olduğunu gördükləri zaman bunun o insanın axirəti üçün zərər olduğunun fərqində olarlar. Təkəbbür və qürura qapılmadan gözəl əxlaqa dəvət edərlər. İman gətirənlər həyatları boyu çox fərqli xarakterə sahib insanlarla qarşılaşa bilərlər. Amma qarşılarındakı insanın davranışlarına görə öz əxlaqları dəyişməz. Qarşı tərəf məsxərə edə bilər, çirkin sözlər işlədə bilər, əsəbləşə bilər, pislik edə bilər və ya düşmən kimi davrana bilər. Ancaq möminin alicənablığı, təvazösü, mərhəmətli və həlim xarakteri əsla dəyişməz. Özünə deyilən pis sözə bir bənzəri ilə cavab verməz. Əsəbi birinə qarşı sakit və həlim olar. Allah rizası üçün vicdanlı və ağıllı davranar. Yalnış bir davranışa qarşısındakını gözəl əxlaqa təşviq edici xoşgörüş və mərhəmət anlayışı ilə qarşılıq verər. Peyğəmbərimizin (səv) bizə tövsiyə etdiyi əxlaq da budur. Peyğəmbərimiz (səv) bir hədisində möminlərə bu mövzunu belə xatırlatmışdır: Heç biriniz : “Mən insanlarla bərabərəm. İnsanlar yaxşılıq etsə, mən də edərəm, pis davransa, mən də pis davranaram”,- deyən şəxsiyyətsiz kimsələrdən olmasın! Əksinə insanlar yaxşılıq etsə, yaxşılıq etmək, pis davransalar, haqsızlıq etməmək üçün nəfsinizi tərbiyə edin. (Tirmizi, Rudani, Büyük Hadis Külliyatı Cem'ul-fevaid, cild 5, No: 9692, İz Nəşriyyat, İstanbul, s. 323) Peyğəmbərimiz (səv) hədislərində: “Gözəl əxlaqla davranan, yaxşılıq edən bir qul müsəlman olarsa və müsəlmanlığı da gözəl olarsa, Allah onun daha öncə etdiyi hər pisliyi örtər. Ondan sonra sıra qisasa (yəni mükafat və mücazata) gələr. Bir həsənə(yaxşılıq) ondan yeddi yüz qat daha böyük həsənə ilə, bir seyyiə(yəni pislik) yalnız öz misli ilə qarşılıq görər. Demək ki, Allah o seyyiəni əfv edər”. (Sahih-i Buhari, cild 1, s. 193-194) “Biriniz İslama gəlişini gözəl edərsə, edəcəyi hər bir həsənə öz lehinə on mislindən yeddi yüz qatına qədər böyük dərəcələrlə yazılar, edəcəyi hər bir seyyiə isə ancaq öz misli ilə yazılar”. (Sahih-i Buhari, cild 1, s. 194) Ziyad ibn İlkə belə demişdir: Mən Cərirdən eşitdim, belə deyirdi: “ Mən Rəsulullaha beyət etdim. O mənə hər müsəlmana yaxşılıq istəməyi də şərt qoşdu”. (Sahih-i Buhari, cild 6, s.2536) Mənə Qeys ibni Əbu Həzim Cərir ibn Abdillahdan nəql etdi. O: “Mən Rəsulullaha namazı daim qılmaq, zəkat vermək və hər müsəlmana səmimiyyətlə yaxşılıq istəmək üzrə beyət etdim”,-demişdir. (Sahih-i Buhari, cild 6, s.2536) Peyğəmbərimizin (səv) də hədislərində bildirdiyi kimi, yaxşılıq edənlərin dünya və axirətdə mütləq yaxşılıqla qarşılıq görəcəkləri Allahın Quranda bildirdiyi sirlərdən biridir. Bu mövzu ilə bağlı ayələrdən biri belədir: De: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir”. (Zumər surəsi, 10) MÖVZU İLƏ BAĞLI AYƏLƏR Həqiqətəndə, Allah qorxanlarvəyaxşıişlərgörənlərlədir. (NƏHL SURƏSİ, 128) Onlarınetdiyiyaxşılıqlarəvəzsizqalmayacaqdır.Allah müttəqiləritanıyır.(ALİ-İMRAN SURƏSİ, 115) Möminolubyaxşıişlərgörənşəxslərisənəhaqsızlıqdan, nədənaqislikdənqorxmazlar. (TAHA SURƏSİ, 112) Hərkimyaxşıəməlləgəlsə, onadahayaxşısıCənnətverilər. Onlar o gündəhşətliqorxuhissindənuzaqolarlar. (NƏML SURƏSİ, 89) Onlarıngizlisöhbətlərininçoxundaxeyiryoxdur.Sədəqəverməyivəyayaxşılıqetməyi,yaxud da insanlararasındasülhyaratmağıəmredənşəxsindəvətiisəistisnadır.Kim bunuAllahınrazılığınıqazanmaqüçünedərsə, Biz onaböyükmükafatverərik. (NİSA SURƏSİ, 114) Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər (qadınlarla) yaxşı davranıb (Allahdan) qorxsanız, (bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır. (NİSA SURƏSİ, 128) Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq. Əgər (Allahı) inkar etsəniz, (bilin ki,) göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir. (NİSA SURƏSİ, 131) Kim pis bir iş tutsa, o ancaq işinin həddi qədər cəza alar. Mömin olmaqla bərabər, yaxşı iş görən kişilər və qadınlar Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar. (MÜMİN SURƏSİ, 40) Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sənin Rəbbin qullara zülm edən deyildir. (FUSSİLƏT SURƏSİ, 46) Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (BƏQƏRƏ SURƏSİ, 112) Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə üzünüzü qara etsinlər, birinci dəfə (Yerusəlimdəki) məscidə girdikləri kimi (yenə də) ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik). (İSRA SURƏSİ, 7) Kim Qiyamətgünüyaxşıəməlgətirsə, onabundandahayaxşısıverilər.Kim dəpisəməlgətirsə, pisişgörənlərəancaqetdikləriəməllərincəzasıverilər.(QƏSƏS SURƏSİ,84) Kim (Qiyamətgünü) yaxşılıqgətirərsə, onagətirdiyinin on qatəvəziverilər.Kim pislikgətirərsə, onaancaqgətirdiyininmisliqədərcəzaverilər.Onlarahaqsızlıqedilməz.(ƏNAM SURƏSİ, 160) Hərkimyaxşıəməlləgəlsə, onadahayaxşısı (Cənnət) verilər. Onlar o gündəhşətliqorxuhissindənuzaqolarlar. (NƏML SURƏSİ, 89) Kim yaxşıişgörsə, (xeyri) özünə, kimdəpisliketsə, (zərəri) özünəolar. SonrasizRəbbinizəqaytarılacaqsınız.(CASİYƏ SURƏSİ,15) Beləliklə, Yusufayerüzündəhökmranlıqverdik. O, istədiyiyerdəqalabilərdi. Biz istədiyimizəmərhəmətimizinəsibedirikvəyaxşıişgörənlərinmükafatınıəsirgəmirik.(YUSUF SURƏSİ,56) Onlardedilər: “YoxsasənözünYusufsan?” O dedi: “MənYusufam, bu da qardaşımdır. Allah bizəmərhəmətetmişdir.Kim (Allahdan) qorxsavəsəbir etsə, (bilsinki,) Allah yaxşıişgörənlərinmükafatınıpuçetməz”.(YUSUF SURƏSİ,90) Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. (Onlara deyilər:) “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?” (NƏML SURƏSİ,90) Kim (Onun hüzuruna) yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar. (TAHA SURƏSİ,75) Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi, yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin (dəvəti) isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik. (NİSA SURƏSİ,114) Bu nemətə nail olmaq nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs onun cəzasını alacaq və o, Allahdan başqa özünə nə bir himayədar, nə də bir yardımçı tapmayacaqdır. (NİSA SURƏSİ,123) Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə (niyyəti ilə) ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, (bilsin ki,) Allah əvəzini verəndir, Biləndir. (BƏQƏRƏ SURƏSİ, 158) Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar.)Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir. (BƏQƏRƏ SURƏSİ, 184) Yox, əgər Allahı, Onun Elçisini və axirət yurdunu istəyirsinizsə, (bilin ki), Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır. (ƏHZAB SURƏSİ, 29) Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o, (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. (NUR SURƏSİ, 21) Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir. (ŞURA SURƏSİ, 40) Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər. (NİSA SURƏSİ, 110) İman gətirib xeyirxah işlər görənləri (ağacları) altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir! O kəslərin ki səbrli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər. (ƏNKƏBUT SURƏSİ, 58-59) Zalımların qazandıqları (günahlar) özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. İman gətirib yaxşı işlər görənlər isə Cənnət bağçalarında (məskunlaşacaqlar). Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır. Böyük lütfkarlıq da elə budur. (ŞURA SURƏSİ, 22) İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (ŞURA SURƏSİ, 23)