Dünyada və bütün kainatda hər şey müəyyən bir məqsədlə baş verir. Quranda bildirildiyinə görə Allah “...Bütün işləri yoluna qoyar...” (Rəd surəsi, 2). Bir başqa ayədə bildirildiyinə görə isə “...Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur”. (Ənam surəsi, 59)
Baş verən bütün hadisələri yaradan, idarə edən, bu hadisələrin başlanğıc və sonlarını təyin edən Allahdır. Kainatdakı bütün ulduzların və dünyanın hər bir hərəkətini, yer üzündəki bütün canlıların hər bir vəziyyətini, insanın necə yaşayacağını, nələr söyləyəcəyini, nə ilə qarşılaşacağını təyin edən Allahdır. Allah Quranda “Şübhəsiz ki, Biz hər şeyi qədər ilə yaratdıq” (Qəmər surəsi, 49) hökmünü verir.
Bir başqa ayədə isə belə buyurur:
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, yazıda (müəyyən edilmiş) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid surəsi, 22)
Mömin bu sirdən agah olaraq yaşamalı, inkarçıların cəhalət səviyyəsinə əsla enməməlidir. Əgər həyatın yalnız qədəri müşahidə etmək olduğunu anlayarsa, qarşısına çıxan heç bir hadisə onu kədərləndirməz və ya qorxutmaz. Mömin insan sığındığı mağaranın qapısına onları öldürmək üçün gələn müşriklərə baxmayaraq, yanındakı dostuna: “Qəm yemə, Allah bizimlədir” (Tövbə surəsi, 40) - deyən hz. Muhamməd (səv) kimi hər an əmin, rahat və cəsur olar.