Quran əxlaqı

Təvəkkül

Bütün hadisələri meydana gətirən Allahdır. Allahın yaratdığı hadisələrin hamısında möminlər üçün mütləq xeyir var. Bütün hadisələr mütləq möminlərə faydalı olacaq şəkildə hazırlanmışdır və hər şey bu plana görə işləyir.

Möminin güvənəcəyi yeganə dostu Allahdır. Yeganə vəkil Odur. Möminin üzərinə düşən hadisələr qarşısında yalnız Allahın istədiyi reaksiyaları vermək, səbəblərə sarılmaq, nəticəsini isə Allahdan gözləməkdir. Ayələrdə inkarçıların xəbərdar olmadığı bu böyük sirr belə ifadə edilir:

(Gözləmə) vaxtı bitdikdə onları müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

Başqa bir ayədə də təvəkkülün sirri belə açıqlanır:

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

Mömin inkarçılardan gələcək təzyiqlərə qarşı belə deməlidir:

(Allah) bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Qoy təvəkkül edənlər ancaq Allah təvəkkül etsinlər. (İbrahim surəsi, 12)

Bir başqa ayədə isə belə buyurulur:

Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər! (Ali-İmran surəsi, 160)

...