Quran ayələrində Allahın sifətlərinin bir qismi bu şəkildə xəbər verilir:
Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)
Ancaq insanların çoxu Allahın bu sifətlərini bilmir, Rəbbimizi lazımi qədər tanımırlar. Cahiliyyə insanlarının Allah inancı bəzi xurafatlara əsaslanır. Bu səbəbdən də Allahın sonsuz gücünü və əzəmətini qavraya bilmirlər. Quranda bu insanlar “Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir!” (Həcc surəsi, 74) ayəsi ilə təsvir edilir.
VALİDEYNLƏRƏ İTAƏT
ƏMR SAHİBLƏRİNƏ İTAƏT
ELÇİYƏ ÜSYAN EDƏNLƏR
PEYĞƏMBƏRİMİZƏ (SƏV) BƏSLƏDİYİMİZ SEVGİ
ELÇİNİN YOLU İSLAM DÜNYASI ÜÇÜN NURDUR
ELÇİ ƏDALƏTLƏ HÖKM VERƏR
ELÇİYƏ İTAƏT
ALLAHA İTAƏT
İTAƏT NƏDİR?
HƏLAK EDİLƏN İTAƏTSİZ QÖVMLƏR
HZ. MUSANIN ANASININ İTAƏTİ
HZ. İBRAHİMİN ALLAHA İTAƏTİ
Dövlətə və millətə sadiqdirlər
Qurana sadiqdirlər
Peyğəmbərə itaət edirlər
