İnsanların bir qismi axirətin varlığından xəbərdar olduqları halda, düşünmədən bu həqiqətdən qaçmağa çalışırlar. Bu cür davranaraq axirəti qulaqardı etmələrinin ən başlıca səbəbi isə dünya həyatının keçiciliyinə inanmamalarıdır. Bu insanlar həyatlarının təməlini dünya üzərində qurublar. Dolayısilə bütün xəyalları, istəkləri sadəcə dünya ilə bağlıdır və buna görə də xoşbəxt olduqları, sevindikləri şeylər yenə də sadəcə dünya mənfəətləridir.
Dünyaya olan bağlılıqları səbəbindən buradakı həyatlarını heç bitməyəcəkmiş kimi yaşamaq istəyirlər. Bir ayədə “Biz onlara və atalarına ömürləri boyunca qədər xoş güzəran verdik...” (Ənbiya surəsi,44) şəklində bildirildiyi kimi, ölümün varlığına inanmaq istəmədikləri üçün axirəti düşünməməyə çalışırlar.
Halbuki Allah “Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki biləydilər!” (Ənkəbut surəsi, 64) ayəsi ilə dünya həyatının “oyun və əyləncə olduğunu və əsl həyatın axirət olduğunu hələ dünyada ikən qullarına bildirmişdir. Buna baxmayaraq bəzi insanlar ağılla müqayisə edərək düşünmək istəmir və axirətə iman etməklə dünya həyatında böyük itki ilə üzləşəcəklərini düşüb dünyaya bağlanırlar. Halbuki bir insan axirətə iman etməklə əsla dünya nemətlərindən məhrum olmaz. Əksinə, bütün bunlardan ən gözəl şəkildə istifadə edərək axirəti qazanar. Axirətdə isə bezmək, yorulmaq və ya monotonluq kimi əksikliklərin olmadığı, sonsuz gözəlliyi, sonsuz çeşidləri olan nemətlərin içində əbədi həyat yaşayar. Yəni axirəti istəyən bir insan həm dünyanı, həm axirəti qazanır. Əlbəttə, insan imanı yalnız Allah rizası üçün yaşayar. Allah mömin qullarının bu səmimiyyətinə qarşılıq dünya və axirətdə nemətini və rəhmətini lütf edir. Sadəcə dünyaya razı olan kimsələr dünya həyatında da, axirətdə də böyük itki ilə üzləşirlər:
O,dünyanı da itirər, axirətidə. Gerçəkzərərdəeləbudur. (Həccsurəsi, 11)
Bu müqayisədən də dünyaya bağlanıb axirəti unudan insanın necə bir itki içərisində olduğu açıq şəkildə görünür. Ancaq buna baxmayaraq, yenə də bəzi insanlar Allaha və axirətə səmimi imanla qulluq etməkdə tərəddüd edirlər. Quranda bu insanların tərəddüdünə belə cavab verilmişdir:Sizə verilən hər birşey dünya həyatının keçici zövqüdür.Allahın yanında olanlar isə daha xeyirli və daha sürəklidir. (Şurasurəsi, 36)
...Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür. (Rad surəsi, 26)
Peyğəmbərimiz (səv) bir hədisində axirətin yanında dünya nemətlərinin aldanılmayacaq qədər dəyərsiz olduğunu bir örnəklə belə açıqlamışdır:Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq. (İsra surəsi, 18)
Kim həddi aşmışsa, dünya həyatını axirətdən üstün bilmişsə, həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır. (Naziat surəsi, 37-39)
(Əzaba) dözsələr də, onların yeri oddur. Onlar mərhəmət diləsələr də, onlara mərhəmət göstərilməz. (Fussilət surəsi, 24)
Həqiqətən, dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirib (Allahdan) qorxsanız, O sizə mükafatlarınızı verər və sizdən mal-dövlətinizi istəməz. (Muhamməd surəsi, 36)
Biz axirət savabını istəyənin savabın artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz. (Şura surəsi, 20)
Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu (fani) dünya sizi çaşdırmasın, hiyləgər (şeytan) da sizi Allahın (əzabından) arxayınlaşdırıb tovlamasın. (Loğman surəsi, 33)