Mömin hər hansı bir çətinliklə, nəfsinə ağır gələn vəziyyətlə qarşılaşdıqda hər şeyi yaradanın Allah olduğunu düşünərək qədərə təslim olduğunu zikr edər. Möminlər üçün ən gözəl nümunə Peyğəmbərimizin (səv) sözləri və davranışlarıdır. Bu səbəbdən möminlər Peyğəmbərimizin (səv) təvəkkülünü nümunə götürməli, hər hadisədə Allahın yaratdığı qədərə təsim olduqlarını düşünməlidirlər.
Quranda Peyğəmbərimizlə (səv) bağlı izah edilən hadisələrdə onun təvəkkülü və Allaha təslimiyyəti açıq-aydın görünür. Belə ki, Peyğəmbərimizin (səv) Məkkədən çıxdıqdan sonra yoldaşı ilə birlikdə gizləndiyi bir mağaradakı sözləri təvəkkülünün ən bariz numunəsidir. Ayədə belə bildirilir:
O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 40)
Peyğəmbərimiz (səv) hansı şəraitdə olursa-olsun, Allahın hər hadisəni bir hikmətlə yaratdığını bilərək Ona təslim olmuşdur. Quranda Peyğəmbərimizə (səv) qövmünə bildirməsi vacib olan bu sözlər də təvəkkülün göstəricisidir:Sənə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!”– deyər və sevinə-sevinə çıxıb gedərlər. De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 50-51)
Peyğəmbərimiz (səv) təvəkkülü ilə bütün müsəlmanlara nümunə olaraq insanın qədərini əsla dəyişdirə bilməyəcəyini belə xatırladır: Bir nəfsə təqdir edilən mütləq olur.Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin! (Yunus surəsi, 84)
Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər! (Ali-imran surəsi, 160)
Allahdan qorxanlardan, Allahın nemət verdiyi iki kişi dedi: “Onların üzərinə (şəhər) qapısından daxil olun. Əgər siz ora daxil olsanız, əlbəttə, qalib gələrsiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!” (Maidə surəsi, 23)
Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. (Nəhl surəsi, 99)Ölməz, (əbədi) Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun Öz qullarının günahlarından agah olması kifayətdir. (Furqan surəsi, 58)
(Gözləmə) vaxtı bitdikdə onları (şəriətə) müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)
İman gətirib xeyirxah işlər görənləri (ağacları) altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir! O kəslərin ki, səbirli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər. (Ənkəbut surəsi, 58-59)