Əməllərin qarşılığı

Bağışlayıcı olmaq və qarşılığı

Allahla dost olan möminlər Onun özlərinə qarşı çox mərhəmətli, şəfqətli və bağışlayıcı olduğunu bilməyin rahatlığını yaşayırlar. Buna görə də səhv etdikdə dərhal Allahın bağışlayıcılığına sığınır və tövbə edirlər. Allahın Rəhman isminin hər yeri əhatə etdiyini, bütün yaradılmışlar haqqında xeyir, rəhmət və gözəllik dilədiyini, sevdiyini - sevmədiyini ayırd etmədən saysız nemətlər bəxş edən olduğunu dərk edən möminlər özlərinə mütləq kömək edəcəyini, qoruyacağını, nəzarət edəcəyini və bağışlayacağını bilməyin rahatlığı və güvən duyğusunu yaşayırlar. Səhvləri nə olursa-olsun, Allahın bağışlayıcı olduğunu və səmimi olduqları təqdirdə Allahın səhvlərini bağışlayıb onları xeyrə yönəldəcəyini umur və ümid içində yaşayırlar. Ağıllarına heç vaxt mənfi fikirlər gəlməz. Gerçək dostları, sığınacaqları və yardım istəyəcəkləri yeganə və mütləq güc sahibi Allaha güvənmək möminlərin gözəl həyat yaşamalarına səbəb olur. Çünki möminlər Allahın onlar hələ dünyaya gəlmədən əvvəl qədərlərində yaşayacaqları bütün hadisələri bildiyinin, sonsuzluq içində hamısının yaşanıb bitdiyinin şüurundadır.

Məhz buna görə möminlər səhv etdikdə necə Allahın bağışlamasını umurlarsa, özləri də Allahın əxlaqıyla əxlaqlanıb digər möminlərə qarşı şəfqətli, mərhəmətli və bağışlayıcı olmalıdırlar. Allah bir ayəsində "Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər." (Əraf surəsi, 199) şəklində buyurur. Qəlbi Allahın zikri ilə yumşalmış olan bir mömin həmişə mömin bacı-qardaşına hüsnü-zənlə baxmalıdır. Buna görə də bağışlayan olmaq, mülayim davranmaq bütün möminlərin borcudur.

İmanlı mömin Allahın bəyənmədiyi əxlaq göstərdiyi anda canı alınsa, səhvini düzəltməyə zamanı olmayacağını bilir. Allahdan qorxan mömin Allahın bəyənmədiyi hərəkəti etməkdən çəkinər və bu əxlaqdan təmizlənər. Gözəl əxlaqlı olmaq üçün hər hadisəyə, hər davranışa təmkinlə və mərhəmətlə qarşılıq verib Allahın hər şeyi xeyirlə yaratdığını düşünürlər. Əgər belə əxlaq göstərsələr, möminlərin bir-birlərinə olan bağlılıqları artar və Allahın izni ilə seytan aralarına girə bilməz. Allah bir ayəsində "Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç)(bir)(şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir." şəklində bildirir. Allahın bizi bağışlamasını nə qədər çox istəyiriksə, digər möminlərin də bizdən şəfqət və bağışlayıcı davranış görmək istədiklərini unutmamalıyıq.

MÖVZU İLƏ BAĞLI AYƏLƏR:

Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi bağışlasanız, (bilin ki,) Allah əfv edəndir, (hər şeyə) Qadirdir. (Nisa surəsi, 149)

Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir. (Şura surəsi, 40)

Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan özünüzü qoruyun! Lakin onları əfv etsəniz, (günahlarından) keçsəniz və bağışlasanız, (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir. (Təğabün surəsi, 14)

Hər kim səbr edib bağışlasa, şübhəsiz ki, bu məqsədə uyğun işlərdəndir. (Şura surəsi, 43)

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarından Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali İmran surəsi, 134)

...