İman gətirənlər bütün varlığını Allaha həsr edir, Allah üçün yaşayır və daima Allahla bərabər olduqlarınınşüurundadırlar. Allaha, Onun razılığına və cənnətinə qovuşmaq üçün həmişə axirət ümidi ilə yaşayırlar. Dünyada isə Allah üçün səbir edir, Ona təvəkkül edir, hər işi nizama salıb nəzarət edənin, qoruyanın uca Rəbbimiz olduğunu bilirlər. Etdikləri hər işdə, gördükləri hər görüntüdə Allahın sonsuz ağlını, heyranedici sənətkarlığını və qüdrətini görüb düşünən insan üçün bunları dilə gətirməyin də nemət və ibadət olduğunu bilirlər. Allahı anmaq insanı bütün pisliklərdən arındıran, qəlbinə rahatlıq və güvən verən, axirətini qazanmasına səbəb olan ən əhəmiyyətli yollardandır. Allah Quranda belə buyurur:
... Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir... (Ənkəbut surəsi, 45)
İman gətirənlər hər an Allahı xatırlayıb dua etməli, özlərinə verilən nemətlərə qarşı davamlı için-için şükür etməli, bilərək və ya bilməyərək etdikləri səhvlərə görə bağışlanma diləməli və tez-tez Allahın adını ucaltmalıdırlar. Mömini Allahla dost edəcək, onun Allaha yaxınlaşmasını təmin edəcək ibadətlərdən biri Allahı xatırlamaqdır. İnsan yaşadığı hər an etdiyi hər işdə Allahın nemətini və rəhmətini xatırladıqca, Onun adını ucaldıb Ona yönəldikcə, davamlı olaraq ibadət halında olmuş olur. Buna görə də Allaha daha da yaxınlaşır. Mömin hadisələr qarşısında qəflətə düşməz, təlaşlanmaz, hirslənməz. Allahın razı olmadığı şeylərdən uzaq durar. Allah bir ayəsində belə buyurur:Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma. (Əraf surəsi, 205)
İbadətlər və gündəlik hadisələr Allahın razılığını qazanmaq üçün edildikdə saleh əməl olar. Allah anılaraq və Onun razılığı düşünülərək edilməsə, əməlləri puç olar. Bu səbəbdən Quranda peyğəmbərlər vəsfləndirilərkən Allahı nə qədər çox andıqları vurgulanır. Bu ayələrdən biri belədir:Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima (Allaha) üz tutardı. (Sad surəsi, 30)
Möminin gördüyü iş Allah üçündürsə təqvalı əməl sayılır.Bu səbəbdən mömindavamlı Allahla bərabərdir.Quranda əmr edilən əxlaqı göstərməyə çalışır. İman gətirənlərin bu vəsfi bir ayədə belə açıqlanıb:O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)
Quranın hikmətlərini anlamaq, Allahın ayələrini gözardı etməmək və hər şeyi Onun yaratdığının şüurunda olmaq mömini dünya və axirətdə qazanclı edir.Səmimi olaraq Qurana uyanlar saleh və təslimiyyətli mömin sayılır. MÖVZU İLƏ BAĞLI AYƏLƏR:Yoxsa sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz?Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız.” (Əraf surəsi, 69)
Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar və dərhal (gerçəyi) görərlər. (Əraf surəsi, 201)
Ey iman gətirənlər! (Kafir) bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız. (Ənfal surəsi, 45)
Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır.Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)
Ancaq: Əgər Allah istəsə! (“inşallah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin– de.” (Kəhf surəsi, 24)
Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar.Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə! (Kəhf surəsi, 28)
Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik. (Ta ha surəsi, 124)
(Bu nur) Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir.Orada səhər-axşam Ona təriflər deyirlər. (Nur surəsi, 36)
O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. (Nur surəsi, 37)
Onlar deyəcəklər: “Sən pak və müqəddəssən! Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz.Lakin Sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir zümrəyə çevrildilər. (Furqan surəsi, 18)
Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra (dini) müdafiə edənlərdən başqa.Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər. (Şüəra surəsi, 227)
Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra (dini) müdafiə edənlərdən başqa.Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər. (Ənkəbut surəsi, 45)
Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbrli kişilər və səbrli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)
Sən ancaq Zikrə tabe olub Mərhəmətli (Allahı) görmədən (Ondan) çəkinən şəxsi qorxuda bilərsən.Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ. (Yasin surəsi, 11)
(Süleyman) dedi: “Mən, (günəş) üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum – (atlar məni əsr namazından yayındırdı.” (Sad surəsi, 32)
Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər. (Zumər surəsi, 22)
Allah Sözün ən gözəlini – (ayələri) bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz. (Zumər surəsi, 23)
Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. (Züxruf surəsi, 36)
Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan (ayələr) üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı? (Hədid surəsi, 16)
Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır. (Mücadilə surəsi, 19)
Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! (Cumuə surəsi, 9)
Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız. (Cumuə surəsi, 10)
Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır. (Münafiqun surəsi, 9)
(Belə edərdik) ki, bununla onları sınayaq. Kim öz Rəbbinin zikrindən üz döndərərsə, O, həmin şəxsi şiddətli bir əzaba məruz qoyar. (Cinn surəsi, 17)