Peyğəmbərimiz (səv) Məkkədən Mədinəyə hicrət etdikdən sonra müxtəlif insan qrupları ilə qarşılaşmışdır. O dövrdə Mədinədə böyük nüfuza malik olan yəhudilər, xristian qruplar və həmin vaxta qədər İslamı qəbul etməmiş, keçmiş dinlərinə davam edən müşriklər birlikdə yaşayırdılar. Hz. Muhəmməd (səv) belə bir mühitdə ictimai birliyi və sülhü təmin etmək üçün Mədinədəki kosmopolit strukturu sosial sövdələşmələrlə birləşdirmiş, yüzdən çox qrup ilə bəzən məktubla, bəzən də şəxsən özü danışaraq sazişlər bağlamış, onlarla uzlaşmaya getmişdir.5 T.U. Arnold Peyğəmbərimizin (səv) qurduğu bu ictimai birliyin əhəmiyyətini belə ifadə edir:
“Əvvəllər heç bir əmrə qətiyyən itaət etməmiş o Ərəbistan birdən-birə siyasi birliyə çevrildi və o mütləq əmirə özünü təslim etdi. Yüzə yaxın kiçik sosial qrupdan ibarət və daima bir-birləri ilə qarşılıqlı düşmənçilik edən böyük-kiçik qəbilələrdən hz. Muhəmməd (səv) birlik qurdu.”6
Quranda bir çox ayə ilə də bildirildiyi kimi, digər dinlərdən olan insanlarla dostluq içində yaşamaq İslam əxlaqına uyğundur. Allah ayədə müsəlmanlara hər müqəddəs kitaba inanmağı və digərlərinin inanclarına hörmət etməyi belə əmr edir:
Buna görə də sən dəvət et və sənə əmr olunduğu kimi, düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”. (Şura surəsi, 15)
Yuxarıdakı ayədə müsəlmanın digər dinlərdən olan insanlara münasibətinin necə olması bildirilir. Müsəlmanlar da peyğəmbər əxlaqını özlərinə nümunə götürərək bütün insanlarla ədalət və mərhəmətlə davranmaqla məsuldurlar. Bu şəxs yəhudi, xristian, müşrik, buddist və hətta ateist ola bilər. Nəyə və kimə inansa da, heç bir inancı olmasa da, Allahın əmr etdiyi ədalətli və dürüst rəftar mütləq hər kəsdə müsbət təsir oyadar, qəlbinin İslama isinməsinə vəsilə olar.Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 62)
Yuxarıda verilən nümunələr Peyğəmbərimizin (səv) ədalətli icraatlarından sadəcə bəziləridir. Ancaq bu sazişlərdən ən əsası Peyğəmbərimizin (səv) xristian, yəhudi və müşrik qəbilələrlə imzaladığı Mədinə sazişidir. Bu saziş dövrümüzdə də tez-tez əsərlərin mövzusunu təşkil edir, üzərində geniş miqyaslı tədqiqatlar aparılır.Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır... (Tövbə surəsi, 6)
... Nə qədər ki, onlar sizinlə düzgün davranır, siz də onlarla düzgün davranın. Həqiqətən, Allah müttəqiləri sevir. (Tövbə surəsi, 7)
Ayədən də göründüyü kimi, Allah müşriklərlə ədalətli davranmağı əmr etmiş, əgər himayə edilmək istəsələr, möminləri onların təhlükəsizliklərini təmin etməkdən məsul etmişdir.
VALİDEYNLƏRƏ İTAƏT
ƏMR SAHİBLƏRİNƏ İTAƏT
ELÇİYƏ ÜSYAN EDƏNLƏR
PEYĞƏMBƏRİMİZƏ (SƏV) BƏSLƏDİYİMİZ SEVGİ
ELÇİNİN YOLU İSLAM DÜNYASI ÜÇÜN NURDUR
ELÇİ ƏDALƏTLƏ HÖKM VERƏR
ELÇİYƏ İTAƏT
ALLAHA İTAƏT
İTAƏT NƏDİR?
HƏLAK EDİLƏN İTAƏTSİZ QÖVMLƏR
HZ. MUSANIN ANASININ İTAƏTİ
HZ. İBRAHİMİN ALLAHA İTAƏTİ
Dövlətə və millətə sadiqdirlər
Qurana sadiqdirlər
Peyğəmbərə itaət edirlər
