Əməllərin qarşılığı

Sələm yemək və qarşılığı

Allah ayələrində sələmdən çəkinməyi nəsihət etmiş və sələmin gətirəcəyi bəlaları qullarına bildirmişdir.

Ey iman gətirənlər! Dəfələrlə artırılmış olan sələmi yeməyin.Allahdan qorxun ki,bəlkə,nicat tapasınız.( Ali İmran surəsi,130 )

Sələm yeyənlər şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar.Bu onların: “Alış-veriş də sələmçilik kimidir!” –demələrinə görədir. Halbuki Allah alış-verişi halal,sələmçiliyi isə haram etmişdir.Hər kim özünə Rəbbindən xəbədarlıq gəldikdən sonra (sələmçiliyə ) son qoyarsa,olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. (Sələmçiliyə) qayıdanlar isə Od sakinləridirlər.Onlar orada əbədi qalacaqlar.Allah sələmi puç edir,sədəqələri isə artırar.Allah kafirləri və günahkarları sevməz. ( Bəqərə surəsi, 275-276 ) span>

Dünya miqyasında baş verən iqtisadi böhranın ilkin səbəbi sələm sistemidir.Uca Rəbbimizin haram buyurduğu sələm sistemisırf mənfəətə söykənən cəmiyyətlərdə cəlbedici göstərildiyi üçün laqyedcəsinə tətbiq edilmiş və insanlar bundan zərər görməyəcəklərini, hətta fayda qazanacaqlarını düşünmüşlər.Sələm sistemi çox cəlbedici formada təqdim edildiyi üçün insanlar istehsalat və ya sərmayəyə yönəlmək əvəzinə pullarını banka qoymağa təşviq edilmişlər. Pullar banklarda, yastıq altlarında və ya kassalarda saxlanan bir sistemdə istehsalat,pul dövriyyəsi olmadığı üçün bahaçılıq,inflyasiya,iqtisadi tənəzzül kimi maliyyə sıxıntılarının yaranması, əlbəttə, gözlənilən nəticədir. Bəhsi keçən qlobal iqtisadi böhranda bu vəziyyət eynilə yaşanmış, istehsalat dayanması, pul dövriyyəsinin olmaması,pulların sələm üçün banklarda tutulması iqtisadiyyatı çökdürmüşdür.

MÖVZU İLƏ BAĞLI AYƏLƏR:

Sələm yeyənlər (qəbirlərdən) şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir! “ – demələrinə görədir. Halbuki Allah alış-verişi halal,sələmçiliyi isə haram etmişdir.Hər kim özünə Rəbbindən xəbədarlıq gəldikdən sonra (sələmçiliyə) son qoyarsa,olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. (Sələmçiliyə) qayıdanlar isə Od sakinləridirlər.Onlar orada əbədi qalacaqlar. ( Bəqərə surəsi,275 ) ( Bəqərə surəsi,275 )

Ey iman gətirənlər.Allahdan qorxun və əgər möminsinizsə,sələmdən qalan faizi almayın.Bunu etməsəniz,Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin.Yox,əgər tövbə etsəniz,sərmayəniz sizindir.Nə siz zülm edərsiniz,nə də sizə zülm olunar. ( Bəqərə surəsi,278-279 )

Allah sələmi puç edir,sədəqələri isə artırar.Allah kafirləri və günahkarları sevməz. (Bəqərə surəsi, 276 )

...