Uca Allah qulları üçün endirdiyi mübarək kitabımız Quranı Kərimdə möminin bir çox mövzuda necə davranmalı olduğunu bildirib.Bu mövzulardan biri də möminlərin ədalətli olmalarıdır.Sonsuz ədalət sahibi olan uca Allah Quranda ədalət anlayışının necə olduğunu bizlərə açıq şəkildə bildirib.
Allahın Quranda bildirdiyi əsl ədalətdə insanlar arasında heç bir ayrı-seçkilik etmədən qərar vermək, insanların haqqını qorumaq, zülmə əsla yol verməmək, zalıma qarşı məzlumu müdafiə etmək, ehtiyac içində olanlara yardım etmək əmr olunur. Ədalət hər hansı bir qərar verərkən hər iki tərəfin də haqqını qorumağı, hadisələri əhatəli qiymətləndirməyi, ön mühakiməsiz düşünməyi, tərəfsizliyi, haqpərəstliyi, dürüstlüyü, tolerantlığı, mərhəməti və şəfqəti tələb edir.Bunlardan biri olmadıqda və ya tam yerinə yetirilmədikdə ədalətli davranmaq çətinləşir.Məsələn, hadisələri tərəfsiz qiymətləndirməyən, həyəcanına və hisslərinə qapılan insan sağlam qərar verə bilmir, bu duyğuların təsirində qalır.
Halbuki ədalətlə davranan insan bütün şəxsi hiss və düşüncələrini bir kənara qoymalı, ondan kömək istəyən tərəflərinhər ikisinə də ədalətlə yanaşmalı, hər şərait və vəziyyətdə doğrulardan yana olmalı, Quran əxlaqını əsas alaraq dürüstlükdən bir an belə uzaqlaşmadan hərəkət etməlidir.İnsan elə bir əxlaqa sahib olmalıdır ki, öz mənfəətlərindən əvvəl qarşı tərəfi düşünməyi, özünə bir zərər gəlsə belə, əgər qarşı tərəf haqlıdırsa, ədalətli davranmağı bacara bilsin.
"Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun.(Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır"(Maidə surəsi, 8) ayəsində də bildirildiyi kimi, uca Rəbbimiz insanların bütün etdiklərini bilir.Allahdan qorxub çəkinən və axirət günündə hesaba çəkiləcəyini bilən insan Allahın razılığını və cənnətini qazanmaq üçün ədalətlə qərar verir.Etdiyi hər şeyi, dediyi hər sözü, ağlından hər keçəni Allahın bildiyini bilir, həmçinin bütün bunlardan axirət günündə sorğuya çəkiləcəyini də unutmur.Bu səbəbdən də, insanın Allahın razılığını qazanması, sonsuz cəhənnəm əzabından xilas olması və Allahın sonsuz nemətlərinə qovuşması üçün Quran əxlaqını əskiksiz şəkildə yaşamalıdır.Belə ki, hər insan bu əxlaqa çatmaq üçün şəxsən səy göstərməli, bütün eqoist istəklərini və şəxsi maraqlarını bir kənara qoyub ədaləti, mərhəməti, tolerantlığı, şəfqəti və sülhü həyatına tədbiq etməlidir.
Məlumdur ki, ədalətli insanlardan ibarət cəmiyyətdə yaranan hər cür münaqişə asanlıqla həll edilir.Quranda ədalətdən geniş bəhs olunub.Burada iman gətirənlərə hadisələr qarşısında göstərəcəkləri davranışları və ədaləti necə tətbiq edəcəkləri bildirilib.Bu iman gətirənlər üçün çox böyük rahatlıq və Allahın rəhmətdir.Bu səbəbdən də, iman gətirənlər Allahın razılığını qazanmaq, hüzurlu, təhlükəsiz və sülh içində yaşamaq üçün insanlar arasında ədaləti əskiksiz tətbiq etməklə məsuldurlar.
MÖVZU İLƏ BAĞLI AYƏLƏR:
Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)
Əgər səfərdə olsanız və katib tapmasanız, (borc yiyəsinə) saxlanılması üçün girov verin.Əgər sizlərdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Kim onu gizlədirsə, şübhəsiz ki, qəlbi günahkardır.Allah nə etdiklərinizi bilir. (Bəqərə surəsi, 283)
Səndən qadınlar barəsində hökm (verməyini) istəyirlər. De: “Onlar barəsində və (həmçinin) Kitabda sizə oxunan (ayələrdə) özlərinə müəyyən edilmiş (mirası) verməyərək evlənmək istədiyiniz yetim qızlar, zəif uşaqlar və yetimlərlə ədalətlə rəftar etməyiniz haqqında hökmü sizə Allah verir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir". (Nisa surəsi, 127)
(Gözləmə) vaxtı bitdikdə onları (şəriətə) müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın.Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin.Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur.Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər.Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.Allah Öz əmrini yerinə yetirəndir.Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)
Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir.Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir.Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər.Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir. (Maidə surəsi, 42)
Qohum-əqrəbaya, yoxsula və müsafirə (onlara çatacaq) haqqını ver! Allahın Üzünü diləyənlər üçün bu daha xeyirlidir.Uğur qazananlar da elə məhz onlardır. (Rum surəsi, 38)
Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver... (İsra surəsi, 26)