Əməllərin qarşılığı

Allahın hüdudlarını qorumaq və qarşılığı

İnsan ruhu gözəlliklərdən zövq alacaq formada yaradılmışdır.Hər zaman ən qüsursuzu və mükəmməli axtarır.Ən kiçik detal belə diqqətini cəlb edir.Ancaq arzuladığı fiziki gözəlliyi dünyada heç vaxt tapa bilmir.Bu gözəlliyə ancaq cənnətdə sahib olacaq. Cənnətdəki sonsuz və qüsursuz həyata və nemətlərə bu dünyada qazandığı ruh gözəlliyi ilə qovuşacaq.Ruh gözəlliyini isə Quran əxlaqını tətbiq etməklə qazanmaq mümkündür. Uca Allaha iman gətirən, hər şeyin qarşılığını Ondan gözləyən vəRəbbimizin hüdudlarını qoruyaraq Quran əxlaqını yaşayanlar ruh gözəlləyinə,əsalət və izzətə sahib olurlar. Şəraitə və insanlara görə dəyişmir, öz mənfəətlərini güdmür, şərəfli,təvazökar və gözələxlaqa sahib olurlar.Uca Allah Quranda əxlaq gözəlliyinə,dolayısilə, ruh gözəlliyinə sahib qullarının sonsuz həyatlarını yaşayacaqları yerin cənnət olduğunu belə bildirmişdir:

Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə,həqiqətən,Cənnət onun məskəni olacaq. (Naziat surəsi,40-41)

Tövbə edən,ibadət edən,həmd edən,oruc tutan (yaxud cihad edən),rüku və səcdə edən,yaxşı işlər görməyi buyurub pis əməllərə qadağan edən və Allahın hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə surəsi,112)

Ruh gözəlliyinə sahib mömin ağlından və vicdanından hər cür pisliyi uzaqlaşdırır.Qurandan xəbərsiz insanların çox normal qarşıladıqları kin,qısqanclıq,zalımlıq,eqoizm kimi çirkin xüsusiyyətləri heç vaxt özünə yaxın buraxmır. Yüksək əxlaq istədiyi üçünyüksək ruha sahibdir.

Peyğəmbərimizin (sav) hədislərinin birində cənnətdəki ruh gözəlliyinin meydana gətirdiyi mühit belə bildirilmişdir: “...Qəlbləri tək bir kimsənin qəlbi kimidir.Aralarında ixtilaf, düşmənçilik yoxdur...”(Kütüb-i Sitte-14, s.449/3) MÖVZU İLƏ BAĞLI AYƏLƏR

Ey iman gətirənlər!Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın.Həqiqətən, Allah həddi aşanları sevmir. (Maidə surəsi,87)

Tövbə edən,ibadət edən,həmd edən,oruc tutan (yaxud cihad edən),rüku və səcdə edən,yaxşı işlər görməyi buyurub pis əməllərə qadağan edən və Allahın hüdudlarını qoruyan o möminləri müjdələ. (Tövbə surəsi,112)

Ey iman gətirənlər!Səbir edin, dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki,bəlkə nicat tapasınız! (Ali imran surəsi,200)

O kəslər ki,yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin- yazıb oxumaq bilməyən peyğəmbərin,ardınca gedərlər.O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar,pis əməlləri isə qadağan edər,onlara pak şeyləri halal,murdar şeyləri isə haram edər.Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən,onu dəstəkləyən,ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır. (Əraf surəsi,157)

Boşanma iki dəfə (olar).Bundan sonra müvafiq qayda üzrə saxlamaq,yaxud xoşluqla buraxmaq gərəkdir.Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz.Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır.Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının (boşanmaq üçün)bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur.Bunlar Allahın hüdudlarıdır,onları aşmayın!Allahın hüdudlarını aşanlar-məhz onlar zalımlardır. (Bəqərə surəsi,229)

Ey iman gətirənlər!Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın.Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin.Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmalıdır.Qoy o yazsın,borc alan da (götürdüyü borcun miqdarını)yazdırsın,Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əksiltməsin.Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə,qoy onun (etibarlı) yaxın adamı (borcu) ədalətlə yazdırsın.Aranızdakı kişilərdən iki nəfəri şahid tutun.Əgər iki kişi olmazsa,razı olduğunuz şahidlərdən bir kişi və iki qadını (şahid tutun)ki, (qadınlardan)biri unutduqda,o birisi onun yadına salsın.Şahidlər (şahidlik etməyə) çağırıldıqda boyun qaçırmasınlar.Az da olsa,çox daolsa (həmin məbləği və) onun vaxtını yazmaqdan usanmayın.Bu,Allah yanında daha ədalətli,şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir.Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildır.Alver etdikdə şahid tutun.Amma katibə və şahidə zərər verilməməlidir.Əgər (zərər)yetirsəniz,şübhəsiz,bu,sizin üçün günahdır.Allahdan qorxun,Allah da sizi öyrətsin.Allah hər şeyi bilir”. (Bəqərə surəsi,282)

Bunlar Allahın hüdudlarıdır.Kim Allaha və Onun Elçisinə itaət edərsə,(Allah) onu (ağacları)altından çaylar axan,içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər.Bu,böyük uğurdur. (Nisa surəsi,13)

Əgər onlar səninlə mübahisə edərlərsə,de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?”Əgər təslim olsalar,doğru yola yönəlmiş olarlar.Üz döndərsələr,(bil ki),sənin öhdənə düşən ancaq (haqqı) təbliğ etməkdir.Allah qullarını görür. (Ali imran surəsi,20)

Onlar harada olursa olsunlar,Allahın və (mömin) insanların (himayəsində olanlar)istisna olmaqla onlara (həmişə) zəlillik qismət olar.Onlar Allahın qəzəbinə düçar olmuş və onlara mənəvi yoxsulluq üz vermişdir.Bu (cəza) ona görədir ki,onlar Allahın ayələrini inkar etmiş və (bəzi) peyğəmbərləri haqsız yerə öldürmüşlər.Bu(həm də) ona görədir ki,onlar asi olmuş və həddi aşmışlar. (Ali imran surəsi,112)

Allaha və Onun Elçisinə qarşı çıxanlar,özlərindən əvvəlkilərin alçaldıqları kimi alçaldılacaqlar.Biz artıq açıq-aydın ayələr nazil etdik.Kafirləri alçaldıcı bir əzab gözləyir. (Mücadilə surəsi,5)

Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar. (Mücadilə surəsi,20)

Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa,(Allah) onu içində əbədi qalacağı (Cəhənnəm) oduna vasil edər.Onun üçün alçaldıcı bir əzab vardır. (Nisa surəsi,14)

...