Quranda itaət

Din əxlaqı ictimai həyatınızı necə dəyişdirər ?

Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə insanların üsyankar və anarxist davrandıqları, dövlətə qarşı müxalif olduqları hər kəsə məlumdur. Xüsusilə də dövlətin və millətin milli və mənəvi dəyərlərinin qorunmasının lazım olduğu anlarda Allah qorxusu olmayan insanların laqeyd davranacaqları aydın məsələdir. Milli və mənəvi maraqlarla özünün mənfəətləri arasında seçim etməli olsalar, din əxlaqını yaşamayan insanların asanlıqla nəfslərini seçəcəkləri açıqdır.Onlar lazım gələrsə, vətənə və millətə xidmət etməkdən, onun uğrunda mübarizə aparmaqdan çəkindirməyə, hətta separatçılıq etməyə qədər geniş miqyasda fəaliyyətlər göstərə bilərlər.

Halbuki din əxlaqını yaşayan insanlar üçün dövlət və millət anlayışları çox böyük məna daşıyır. Lazım gələrsə, dövləti üçün canını təhlükəyə atar və dövlətinin, millətinin maraqlarını şəxsi mənfəətlərindən üstün görərlər. Milli və mənəvi dəyərlərini canla başla qoruyarlar.

Din əxlaqının yaşandığı bir mühitdə şagirdlər də dövlətə və millətə hörmət və sevgi bəsləyərlər. Dini qurumlara qarşı çıxmayıb, tam əksinə dəstək olarlar. Dövləti qoruyanlara, müdafiə edənlərə qarşı hörmət bəsləyərək əllərindən gələn köməyi edərlər. Cəmiyyət daxilində dövlətə, orduya və polisə qarşı etibar və sahiblənmək duyğusu da formalaşar. Heç kimin arasında narazılıq, mübahisə şəraitinin yaranması üçün bir səbəb qalmaz. Hərkəs Allahın kitabına iman gətirər və bildirilən gözəl əxlaq anlayışını mənimsəyər, nəticədə heç kim bir-birilə zidd düşməz. Problemlərin həllində hər kəs özünü qarşısındakının yerinə qoyar, mərhəmət edər, tolerant olar.Beləliklə, hər problem qısa müddətdə gözəlliklə həll olunar.

Dövlət belə bir mühitdə çox rahat idarə olunar.Ölkə daha güvənli və firavan olar. İdarəçilər də insanlara qarşı çox ədalətli, mərhəmətli olarlar, hər cür ədalətsizlik ortadan qalxar. Bu səbəbdən özlərinə qarşı hörmət daha da artar. Belə dövlətlər də çox güclü və sarsılmaz təmələ sahib olarlar.

Allah qorxusu olmayan insanlar rahatlıqla haqsızlıq, ədalətsizlik edir, cinayət törədirlər, görülməmiş zülüm və qəddarlıqları etməkdən çəkinmirlər. Üstəlik vicdan əzabı belə hiss etmədən etdikləri vəhşilikdən peşman olmadıqlarını deyirlər. Halbuki Allaha qarşı məsuliyyət hissi olan bir insan bu davranışları əsla etməz.

Din əxlaqı yaşandığı təqdirdə bu saydıqlarımız baş verməz. Hər şey sükunət, gözəllik və ədalətlə həll edilər. Bütün bunlar dinin insanlara qazandırdığı əxlaq xususiyyətlərinin dövlətin idarə olunması və cəmiyyətin rahatlığı üçün çox vacib rol oynadığını göstərir.

Din əxlaqının yaşanmadığı bir cəmiyyət eqoizm və qarşıdurma üzərinə qurulduğu üçün istər-istəməz dövləti ayaqda saxlayan dəyərlər də məhv olacaq. Dinsizlik üsyanı, qarşıdurmanı, anarxiyanı, nifrəti, etibarsızlığı gətirərkən din əxlaqı insanlara itaəti, sülhü, nizamı, sevgini və etibarı qazandırır .

...