Quranda itaət

İtaəti qazandıran Quran əxlaqıdır

Cəmiyyətdə əmin-amanlıq, insanların dövlətə və bütün vahidlərinə qarşı göstərdikləri itaət hörmət və güvənlə təmin edilə bilər. Quranda isə itaət məqbul əxlaq xususiyyəti kimi təşviq edilir. Allah müsəlmanlara bir çox ayəsi ilə itaəti əmr edir. Dolayısilə Quran əxlaqını yaşayan cəmiyyət eyni zamanda dövlətə itaətin və hörmətin ən yüksək səviyyədə yaşandığı mühitə çevrilir.

Din əxlaqı insanları hər cür anarxiya və terrordan uzaq tutur. Çünki Allah Quranda insanlara təxribatçılığı qadağan etmişdir. Bu mövzu ilə bağlı bir çox ayə var:

Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın! (Bəqərə surəsi, 60)

Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır. (Əraf surəsi, 56)

Din əxlaqını doğru qavrayan və yaşayan bir insan Allahın yuxarıdakı ayələrdə bildirdiyi əmrinə uyğun olaraq yer üzündə qarışıqlıq yaratmaqdan, sıxıntılı, xaos dolu mühitlər meydana gətirməkdən bacardığı qədər çəkinir. Hüzur və sükunət dolu, tolerant, mülayim, hər zaman problemləri həll etməyə çalışan, hadisələrin ziddinə getməyən, əksinə hər zaman uzlaşdırıcı əxlaq nümayiş etdirir.Yuxarıdakı Quran ayələrində sözü gedən həqiqi dindar modeli cəmiyyətdə formalaşarsa, ictimai həyatda ən yüksək səviyyədə sülh və əmin-amanlıq yaşanar. İnsanlar dövlətə qarşı etibar və hörmətlərini onun zəifləməməsi üçün etdikləri cəhdlə göstərirlər. Belə əxlaqa sahib insanların cəmiyyətdə olması anarxiyanın, terrorun, qarışıqlığın, mübahisə və düşmənçiliyin qarşısında sədd olar. İnsanlar küçələrə rahatlıqla çıxa bilər, gecə-gündüz rahat şəkildə hər yerdə gəzə bilərlər.

...