O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)
Qətiyyət bir mövzuda səbat göstərmək, hansısa bir məqsədə çatmaqda əngəl tanımamaq, maneə və çətinliklərə baxmayaraq, əzmlə edilməli olanları əksiksiz yerinə yetirməkdir. Yuxarıdakı ayədə də bildirilən qətiyyət bu mənanı daşıyır. Uca Allah iman gətirən qullarına sadəcə ibadət etmələrini deyil, etdikləri ibadətlərdə qətiyyətli olmalarını bildirmişdir. İbadətdə qətiyyətli olmaq isə sadəcə əməli yerinə yetirilən ibadətlərdə deyil, uca Rəbbimizin Quranda bildirdiyi gözəl əxlaqı yaşamaq barədə də yaşanmalı bir ayədir. Çünki insanların qul olaraq Allah üçün etdikləri hər davranış, hal və söhbət də ibadətdir. Dolayısilə namaz mömin üçün nə qədər vacib və fərz ibadətdirsə, eyni şəkildə əsəbini boğmaq, gözəl söz söyləmək və insanları haqq olanla xəbərdar edib qorxutmaq, zənn etməmək və ya mübahisəçi olmamaq da bir ibadətdir. Bununla yanaşı, Quranda möminlərin “ibadətdə qətiyyətli olmaq” barədə iradə və səbirlərinin fərqli imtahan və çətinliklərlə sınanacağı bildirilmişdir. Keçmişdə yaşayan müsəlmanların və peyğəmbərlərin həyatlarından verilən örnəklərlə möminlərin imanlarının və qətiyyətlərinin tez-tez sınaqdan keçirildiyi xəbər verilmişdir. Çünki bu anlar müsəlmanların uca Rəbbimizə olan bağlılıqlarını və sədaqətlərini göstərə biləcəyi çox dəyərli fürsətlərdir.
VALİDEYNLƏRƏ İTAƏT
ƏMR SAHİBLƏRİNƏ İTAƏT
ELÇİYƏ ÜSYAN EDƏNLƏR
PEYĞƏMBƏRİMİZƏ (SƏV) BƏSLƏDİYİMİZ SEVGİ
ELÇİNİN YOLU İSLAM DÜNYASI ÜÇÜN NURDUR
ELÇİ ƏDALƏTLƏ HÖKM VERƏR
ELÇİYƏ İTAƏT
ALLAHA İTAƏT
İTAƏT NƏDİR?
HƏLAK EDİLƏN İTAƏTSİZ QÖVMLƏR
HZ. MUSANIN ANASININ İTAƏTİ
HZ. İBRAHİMİN ALLAHA İTAƏTİ
Dövlətə və millətə sadiqdirlər
Qurana sadiqdirlər
Peyğəmbərə itaət edirlər
