Quranda itaət

Allaha könüldən bağlanaraq yönəlmək

Rəbbimiz “Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!” (Rum surəsi, 31) ayəsi ilə insanlara həqiqi imanın nə olduğunu, başqa ayədə isə “Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq..” (Loğman surəsi, 15) doğru yolun bu əxlaqı yaşayan insanların yolu olduğunu xatırlatmışdır.

Allaha könüldən bağlanmaq hansı şəraitdə olursa olsun, Rəbbimizə olan iman, bağlılıq və sədaqətdən imtina etməyəcək qədər çox sevmək və Ona qarşı içi titrəyərək hörmət dolu bir qorxu duymaqdır. Onun razı olmayacağı bir davranışı etməkdən içi titrəyərək qorxmaq və bu tip əməllərdən şiddətlə çəkinəcək qədər böyük hörmətlə inanmaqdır.Allaha bu şəkildə könüldən bağlanan insan ixlaslı olur. Allaha qarşı belə güclü inam və bağlılığı olan kimsə həm ibadətlərində, həm də Onun rizası üçün etdiyi bütün işlərdə ixlasla və səmimiyyətlə hərəkət edir. Bu səmimiyyətlərinə görə Quranda möminlərin “iman gətirib saleh əməllər edənlər və Rəbbinə boyun əyənlər”(Hud surəsi, 23) olduqlarını bildirmiş və Cənnətlə müjdələmişdir.

Allah möminlərin Quranda bildirilən əmr və ibadətləri könüldən və təvazökarlıqla yerinə yetirəcəklərini bildirmişdir.

“Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!”(Rum surəsi, 31) ayəsi ilə Allah iman gətirənləri bütün ibadətlərində ixlasa və səmimiyyətə çağırmışdır. Bir başqa ayədə isə Allah Ona könüldən itaət edən, əmrlərini təslimiyyət və ixlasla yerinə yetirən kimsələrin əcirlərini iki qat verəcəyini belə müjdələmişdir:

Sizlərdən hər kim Allaha və Onun Elçisinə itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq. (Əhzab surəsi, 31)

Möminlərin “Onlar səbir edən, doğru danışan, müti olan, (malından Allah yolunda) xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir” (Ali-imran, 17) ayəsi ilə bildirilən bu xüsusiyyətləri Rəbbimizin qullarına xəbərdar edən olaraq göndərdiyi elçilərində ən gözəl şəkildə təzahür edir. Quranda elçilərin könüldən Allaha yönələn, ixlas sahibi qullar olduqları bir çox ayədə bildirilmişdir. Bu ayələrdən bəziləri belədir:

Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. (Nəhl surəsi, 120)

Həqiqətən, İbrahim həlim, (Allaha) çox yalvaran və Ona üz tutan bir şəxs idi. (Hud surəsi, 75)

Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz onun (paltarının yaxasında olan kəsiyinə) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu. (Təhrim surəsi, 12)

Bu əxlaqı yaşayan möminlər Allaha dərin hörmət bəsləyərək iman gətirirlər. Allahın böyüklüyünü və gücünü qavradıqları üçün Ona qarşı dərin sevgi, hörmət bəsləyir və qorxurlar. Rəbbimizə belə dərin hörmət və qorxu ilə bağlanan kimsələr Allahın rizasını qazanmağı heç bir dünyəvi istək və mənfəətə dəyişmirlər. Çünki ixlas dünyadakı böyük-kiçik heç bir mənfəətin Rəbbimizin rizasını qazanmaqdan və Onun əmrlərini yerinə yetirməkdən daha vacib olmadığını bilməkdir. Quranda da“Allahın ayələrini ucuz qiymətə satmırlar”(Ali-imran surəsi, 199) ayəsi ilə möminlərin bu xüsusiyyətinə diqqət çəkmişdir.

Möminlər hansı şəraitdə olsalar da, sahib olduqları dərin imana görə Quran əxlaqını yaşamaqda heç bir zəiflik göstərməzlər. Çünki içlərində Rəbbimizə qarşı duyduqları hörmət dolu qorxu və dərin bağlılıq Allahın bəyənməyəcəyi bir davranışı göstərmələrinin qarşısını alır, eynilə Allahın razı olacağını bildirdiyi əxlaqı əksiksiz yaşamaqda böyük şövq və əzmlə hərəkət etmələrinə səbəb olur. Onlar Allahın rizasına, rəhmətinə və Cənnətinə qovuşmaq üçün sahib olduqları güc və imkanları ilə daim səy göstərirlər.

...