Təkəbbür şeytanın ən mühüm xüsusiyyətlərindən biridir. Şeytan Allahın hüzurundan təkəbbürü və itaətsizliyinə görə qovulmuşdu. Şeytanın bu xəstəliyinə tutulan insanın da şeytan kimi ağlı örtülür, şüuru qapanır və Allahın dümdüz yolundan uzaqlaşır. Beləcə, Allahın sonsuz gücünü düşünüb qavramır, bu güc qarşısında öz kiçikliyini, acizliyini anlamır və Allaha qarşı hiss etdiyi hörmət dolu qorxu da qətiyyən artmır. Bu da insanın Uca Allahın bildirdiyi din əxlaqını deyil, üsyan yolunu seçməsinə gətirib çıxardır.
"O zaman Biz sizinlə əhd bağlayıb dağı (başınızın) üstünə qaldırdıq: “Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!”– (deyə əmr etdik). Onlar: “Eşitdik və asi olduq!”– dedilər. (Bəqərə surəsi, 93)
Təkəbbürlə dinin tələblərinin birlikdə yaşanılmadığı çox açıqdır. Çünki din əxlaqının ən mühüm şərti sadəcə Allahın böyüklüyünü bilmək və yalnız Onu ilah qəbul etməkdir. Təkəbbürlü insan isə özünü Allaha bağlı olmayan, müstəqil varlıq olaraq görür və nəfsinin əmrlərini yerinə yetirir. Allahın qulu olduğunun şüurunda olmur. Allahın ona verdiyi xüsusiyyətlərlə böyüklənərək nəfsini ucaldır. Qısası, öz nəfsini ilahlaşdırır, onu Allaha ortaq qoşur. Belə ki, təkəbbürlə din əxlaqı yaşanmır, yalnızca nəfs Allaha şərik qoşulur."Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar (bu dəvətə) nifrət edərək arxalarını çevirib gedərlər. (İsra surəsi, 46)
Din əxlaqının məqsədi insanın Rəbbimizi tanıyıb təqdir etməsi, Ona yaxınlaşması və Onun rizasına qovuşmağa vəsilə olan əxlaqı qazanmasıdır. Bu yöndən baxanda təkəbbür dinin məqsədinə tamamilə zidd olan ünsürdür. Çünki təkəbbür və böyüklük hissi Allahın sevmədiyi, qəzəbləndiyi xüsusiyyətlərdir. Bu ayələrdə belə bildirilir:"İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)
"Şübhə yoxdur ki, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, təkəbbürlü olanları sevmir. (Nəhl surəsi, 23)
Belə ki, hədəfi Allahın rizası olan din əxlaqını təkəbbüründən əl çəkmədən yaşamağa çalışmaq həm çox mənasız, həm də özlüyündə ziddiyyətli davranışdır."Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa surəsi, 65)
Təkəbbürlü insanların vacib xüsusiyyətlərindən biri də, əvvəl bildirdiyimiz kimi, Allah onlara elçi göndərndə onun elçiliyini qəbul etməmələri və onunla mübarizə aparmalarıdır. Çünki gözəl əxlaq, ağıl, təqva kimi üstün xüsusiyyətləri olan və olduğu cəmiyyətdə hər kəsə lider olaraq göndərilən elçiyə itaət etməyi heç cür qəbul edə bilmirlər. Halbuki, elçiyə itaət edilmədikdə Allaha itaət edilmir. Allaha itaət olmadıqda din əxlaqı da yaşanmır. Bir çox ayədə Rəsulallaha itaətin əslində Allaha itaət olduğu bildirilir. Məsələn, bir ayədə belə buyurulur:"Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik. (Nisa surəsi, 80)
Görüldüyü kimi, itaət təkəbbürlü insanların din əxlaqını yaşamalarının qarşısında duran qala kimidir. Bu qalanın qapıları ancaq təvazökarlıq və təslimiyyətlə açılır."Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir. Onlar haqlı olsaydılar, itaət edib onun yanına gələrdilər. Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalımdırlar. (Nur surəsi, 48-50)