Gündəlik həyatda belə bəhanələrin (həqiqətlərdən qaçma üsullarının) bir çox nümunələrinə rast gəlirik. Ən geniş yayılmış nümunələr isə bunlardır:
İbadətləri yerinə yetirməyə, dinin hökmlərini tətbiq etməyə və möminlərlə bir yerdə olmağa mane olmaq üçün nəfsin ən çox önə sürdüyü bəhanələrin başında "ailəvi problemlər" gəlir. Nəfsinin səsini dinləyən və Allaha itaətdə qərarsız davranan insanlar tez-tez "ailəmlə maraqlanmaqdan vaxt tapa bilmirəm", ya da "ailəm icazə vermədiyi üçün dinin hökmlərini yerinə yetirə bilmirəm" kimi bəhanələr irəli sürürlər. Halbuki, bunların heç biri Allah Qatında etibarlı olmaya bilər. İnsanın, əlbəttə, ailəsi ilə bağlı işləri ola bilər, ailəsinə vaxt ayırmalıdır. Lakin bu, qətiyyən Quranın əmrlərini tətbiq etmək üçün zaman tapa bilməməsinə tutarlı səbəb deyil.
Bu insan bəlkə də "ailəvi problemlər"i bəhanə edərək özünü aldadır, ancaq Allahı və möminləri aldada bilməz. Belə ki, Quranda da bu mövzuya diqqət çəkilir və "ailəvi problemlər" bəhanəsinin etibarlı olmadığı bildirilir. Quranda bildirildiyinə görə, Allah yolunda mübarizədən geri qalanlar Peyğəmbərin yanına gəlib "Var-dövlətimiz və ailələrimiz bizi (döyüşə getməkdən) yayındırdı." deyərək bəhanələrini dilə gətirmişdilər, ancaq Allah haqqlarında "Onlar qəlbində olmayanları dilləri ilə deyirlər." hökmünü nazil etmişdi. (Fəth surəsi, 11) Digər ayədə isə Peyğəmbərimiz (səv) dövründə yaşanan müharibə zamanı "evlərinin nəzarətsiz" olduğunu söyləyərək qaçmağa çalışanlardan belə bəhs edilir:
...İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb”– deyərək Peyğəmbərdən izn istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər. (Əhzab surəsi, 13)
Nəfsin önə sürdüyü başqa bəhanə isə "iş", ya da "məktəb" məsələlərinin dinin hökmlərini tətbiq etməyə mane olduğudur. Dediklərinə görə, "iş" və ya "məktəb" o qədər çox vaxtlarını alır ki, namaz qılmağa, oruc tutmağa, insanlara yaxşılığı əmr etməyə, gözəl əxlaq göstərməyə, möminlərlə birlikdə olmağa imkanları qalmır.Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız? (Ənam surəsi, 32)
Eqoist istək və ehtiraslarının əsiri olaraq dünya həyatına bağlananlar barədəki hökm isə belədir:Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər. Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar. (Hud surəsi, 15-16)
Nəfsin insanı Quran əxlaqını yaşamaqdan uzaqlaşdırmaq üçün qarşıya qoyduğu bəhanələrdən biri də "ətrafdan gələn təzyiq"dir. Bəzi insanlar "Quran əxlaqını yaşasam, ətrafımdakı insanlar tərəfindən qınanaram, məni özlərindən uzaqlaşdırarlar" kimi sıxıntılar yaşayırlar. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Allahın dininə tabe olmağa və Allahdan başqa digər yol göstəriciləri özünə rəhbər etməməyə qərar verən insan bəzi çətinlikləri də nəzərə almalıdır. İman gətiribsə, ətrafındakı insanlar onu qınaya bilər, buna təəccüblənməməlidir. Hətta qınanmaması təəccüblü olardı. Çünki dinə yeni yönələn insan "cahil cəmiyyəti"n içindən gəlir. Dolayısilə ətrafındakı insanlar da bu cəmiyyətin üzvüdür. Bu cəmiyyət də yanlış yoldadır:Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir. (Yusuf surəsi, 40)
Başqa bir ayədə isə belə buyurulur: Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti (bunu) bilmir. Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər. (Rum surəsi, 6,7) İnsanların çoxunun iman gətirməməsi yuxarıdakı ayədə bildirildiyi kimi dərketmə və anlama qabiliyyətlərinin zəif olmasından qaynaqlanır. Dünya həyatının yalnız "zahir" (görünən) tərəfini bilir, "batin" (gizli) tərəfini isə qavraya bilmirlər. Axirətdən isə tamamilə xəbərsizdirlər. Buna görə də "insanların çoxu"nun doğru yolda olacağını düşünmək böyük aldanışdır. Əksəriyyət Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir. (Yusuf surəsi, 103) hökmünə görə, israrla yanlış yolda getməyə davam edəcək. Belə halda möminin çoxluğun düşüncələrini özünə meyar seçməsi qeyri-mümkündür. Quranda bu mövzuya belə diqqət çəkilir:Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar... (Ənam surəsi, 116)
Yer üzündəki bu böyük əksəriyyətə insanın cahil cəmiyyətdəki yaxınları da daxildir. İnsan iman gətirib Allahın Quranda bildirdiyi hökmlərə görə yaşamağa başladıqda bu böyük çoxluq və ətraf mühitlə zidd düşəcək. Ancaq möminin mühüm xüsusiyyəti var: Əsla çoxluq və yaxınları ilə zidd düşməkdən, qınanmaqdan, onların ona pis gözlə baxmasından çəkinməz. Quranda möminlərin heç kimin qınamasından qorxmadıqları xüsusilə vurğulanır: Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir. (Maidə surəsi, 54) Mömin Allahın razılığını axtarır. İnsanların ondan razı olub olmaması onun üçün əhəmiyyətli deyil. Onsuz da əgər Allah ondan razı olarsa, onu insanların gözündə də ucaldar. Buna görə də "ailəm məni məşğul edir", "məktəb və ya işimdən vaxt tapa bilmirəm", "kimsə məni qınayar" kimi sözlər sadəcə bəhanədir. Bu cür bəhanələr irəli sürərək möminlərlə birlikdə olmaqdan, ibadətlərini yerinə yetirməkdən uzaq duran insan əslində səmimi davranmır. Bu halda bir insan əgər möminlərlə birlikdə olmaq, Allahı xatırlamaq və ibadətlərini yerinə yetirmək üçün ciddi səy göstərmir, ancaq buna baxmayaraq yenə də möminlərə özünü bəyəndirməyə çalışırsa, bunun belə bir izahı ola bilər: Bu insan möminlərlə birlikdə olaraq bəzi mənfəətlər əldə etməyə çalışır. Möminlərin bəzi imkanları onu cəzb edir və o bu imkanlardan faydalanmağı düşünür. Ancaq möminlər bu insanın əsl niyyətini çox yaxşı görürlər. Əgər səmimiyyətsizliklərini gördükləri halda yenə də bu vəziyyəti ona hiss etdirmirlərsə, bunun səbəbi bəlkə daha sonra səhvini görər deyə düşünmələridir. Bunun əksi, yəni səmimiyyətsiz insanın möminləri aldatması isə qeyri-mümkündür. Bu cür insanların onsuz da hər kəsdə rast gəlinən bəzi xarakterik xüsusiyyətləri var. Ən gözə çarpan xüsusiyyətləri isə Allahı istəksiz anmalarıdır. Quranda inkarçılardan Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər. (Zumər surəsi, 45) deyə bəhs olunur. Möminlərlə bəzi mənfəətlər güdərək birlikdə olmağa çalışan insanların davranışı isə tam bu şəkildədir. Bu cür insanlar Allahın anılmasından, Onun hökmlərinin xatırladılmasından narahat olurlar. Bunun əksinə mənfəətlərinin qarşılandığı mühitlərə isə böyük istəklə qatılırlar. Möminlər olduqca şəfqətli və mərhəmətlidirlər. Əsla qəddarca davranmazlar. Ancaq səmimiyyətsiz insanlar bunun mənasını və məqsədini anlamırlar. Cahil cəmiyyətdəki insanlar mübahisə dolu mühitlərə alışdıqları üçün möminlərin xoş xasiyyətindən istifadə etməyə, onlara qarşı böyüklük göstərməyə çalışırlar. Əslində belə davranaraq sadəcə özlərini alçaldırlar. Möminlər onların bu bəsitliklərinə qarşı isə lazımi qarşılığı verirlər. Belə halda səmimiyyətsiz insan çox keçmədən möminlərdən heç cür mənfəət əldə edə bilməyəcəyini anlayır. Dərhal möminlərdən uzaqlaşmağa və əvvəlki həyatına dönməyə can atır. Qısa müddətdə yeni bəhanə taparaq “əvvəldən bəri ayrılmadığı” cahil cəmiyyətə geri qayıdır. Bu cür insanların axirətdəki halı ayədə belə bildirilir:Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir. (Nisa surəsi, 115)
Əslində, belə səmimiyyətsiz insanın möminlərin arasından ayrılması möminlər üçün böyük rəhmətdir. Allah beləcə möminləri təmizləyir, onları “Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar.” (Nur surəsi, 55) ayəsində təsvir olunan mömin cəmiyyətinə çevirir. Allah möminlərlə ikiüzlü inkarçıları bir yerdə tutmur, onları bir-birindən ayrırır. "Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq." (Muhəmməd surəsi, 31) hökmünə görə Allah tam səmimi iman gətirənləri sınayacaq və ortaya çıxaracaq. Beləcə səmimiyyətsiz ikiüzlülər də bəlli olacaq. Allah “pak”ı “murdar”dan ayıracağını belə müjdələyir:"Allah murdarı pakdan ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yerləşdirsin. Ziyana uğrayanlar da məhz onlardır". (Ənfal surəsi, 37)
Halbuki əgər insan səmimi olsa Allah onun qəlbini İslama açacaq. “Eşitdik və itaət etdik” demək səmimi insan üçün dünyanın ən böyük həzzidir. Onu yaradan, ən doğru yola yönəldən, cənnəti lütf edəcəyini vəd edən Allaha itaət etmək yaşanılan ən böyük hüzur, xoşbəxtlik və sevinc qaynağıdır. Qısası, "Ona iki yoxuşlu yola yönəltmədikmi?" (Bələd surəsi, 10) ayəsində bildirildiyi kimi insanın önündə iki yol var: Allaha itaət və insana Onun razılığını, rəhmətini və cənnətini qazandıracaq iman yolu və Allaha üsyan edib eqoist həvəslərin ilahlaşdırıldığı və dünyada xor görülmə, alçaqlıqla, axirətdə isə cəhənnəmlə nəticələnəcək üsyan yolu. Quranda belə bildirilir:Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr. (Muzzəmmil surəsi, 19)