Əməllərin qarşılığı

İnkar edənlərə qarşı sevgi bəsləmək və qarşılığı

İnsan Quran əxlaqını tam yaşaya bilmək üçün cahiliyyə cəmiyyətinin bütün ön mühakimələrindən, batil inanclarından və digər qaydalarından təmamilə uzaqlaşmalıdır.Tərk edilməli anlayışların başında da cahilliyənin sevgi anlayışı gəlir.

Cahilliyə cəmiyyətində sevgi mənfəət üzərində qurulub.Bu insanlar qarşı tərəfi ondan mənfəət güddüyü, yaxud qayğısına qaldığı, ya da ən azından ona yaxşı davrandığı üçün sevir.Sevginin digər ölçüsü isə qan bağıdır.İnsanlar öz ailələrini, qohumlarını, hətta bəzən öz həmvətənlərini belə sırf aralarında olan qan bağından ötrü sevirlər.

Halbuki mömin üçün sevginin meyarı bunlar deyil.Çünki mömin hər şeydən çox Allahı sevir. Bu, Quranda belə açıqlanır:

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür.Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)

Allahı hər şeydən çox sevən mömin digər insanları da Allaha olan yaxınlıqlarına görə sevər, ya da Allaha olan nankorluqlarına görə onlardan uzaqlaşar.Allaha nankorluq edən, Onun dininə qarşı olan insanlar ona çox yaxın insanlar olsa belə, bu, heç nəyi dəyişdirməz. Quranda möminlərin bu xususiyyəti belə bildirilir:

Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir.(Allah) onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir.Onlar orada əbədi qalacaqlar.Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar.Onlar Allahın firqəsidirlər.Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır. (Mücadələ surəsi, 22)

İnkar edənlərə qarşı az da olsa, sevgi bəsləmək Allahın rizasına ziddir və möminə əsla yaraşmaz. Quranda möminlərə bu barədə belə xatırlatma edilmişdir:

Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib (sirrinizi açıb deyirsiniz).Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) qovub çıxardırlar.Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın), onlara gizlində mehribanlıq göstərirsiniz.Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar. (Mumtəhənə surəsi, 1)

Hz.İbrahim və qövmünün rəftarı bütün möminlər üçün mükəmməl nümunədir:

İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” (Mumtəhənə surəsi, 4)

MÖVZU İLƏ BAĞLI AYƏLƏR

Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün sayırlarsa, onları dost tutmayın. Sizlərdən onları dost tutanlar zalımlardır. (Tövbə surəsi, 23)

Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir.(Allah) onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir.Onlar orada əbədi qalacaqlar.Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar.Onlar Allahın firqəsidirlər.Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır. (Mücadilə surəsi, 22)

Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərib (sirrinizi açıb deyirsiniz).Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) qovub çıxardırlar.Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, (Mənim düşmənlərimi dost tutmayın) onlara gizlində mehribanlıq göstərirsiniz.Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar. (Mumtəhənə surəsi,1)

Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə (bilsin ki,) Allah ilə (onun) heç bir əlaqəsi yoxdur.Ancaq onlardan (gələn təhlükədən) çəkinməklə ehtiyat etməyiniz istisnadır.Allah sizi Özündən çəkindirir.Dönüş də ancaq Allahadır. (Ali-imran surəsi, 28)

Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri (özünüzə) dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun. (Maidə surəsi, 57)

...