Sədaqətin açarı:Allah qorxusu
Allah qorxusu
Allah sevgisi sədaqətin yaşanması üçün çox önəmli xüsusiyyətdir, amma yalnız bu xüsusiyyət yetərli deyil. Allah sevgisi ilə yanaşı mütləq ki, Allah qorxusu da yaşanmalıdır. Allah qorxusu insanın Allahın əmr və qadağalarına qarşı olduqca ciddi olmasını, Onun bəyənməyəcəyi davranışlardan qətiyyətlə uzaq durmasını, şeytanın və nəfsinin təlqinlərinə qarşı güclü və iradəli olmasını təmin edir.
İnsan zəif olaraq yaradılmışdır. Allah bu gerçəyi
“Allah sizin üçün (şəriət hökmlərini) yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır.” (Nisa surəsi, 28) ayəsi ilə insanlara bildirir. Nəfs və şeytan insana hər zaman pisliyi əmr edir. Bu şeytani təlqinlərə uymamaq üçün isə güclü iradə və qərarlılıq lazımdır. Məhz Allah qorxusu insanın iradəsini daha güclü və möhkəm edir. Allah möminlərə Özündən qorxmalarını Quranda belə əmr edir:
Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır. (Həşr surəsi, 18)
Allah qorxusu insanı həyatının hər anında Allahın istədiyi kimi davranıb, Onu razı etmək üçün çalışmağa, şeytanın və nəfsin istəklərinə, onların hiylə və oyunlarına qarşı diqqətli və tədbirli olmağa sövq edir. Bu da insana bitməyən istəklərini həyata keçirməyə çalışan nəfsin və şeytanın bütün hiylələrini boşa çıxarır.
Buna görə şeytan və nəfs insanı əvvəlcə Allah qorxusundan uzaqlaşdırmağa çalışır. Allah qorxusu əvəzinə, əsas önəmli olanın qəlb təmizliyi olduğu kimi yanlış təlqinlərlə insanın Allahdan qorxub çəkinməsinə mane olmaq istəyir. Halbuki Quranı oxuyub anlayan şüurlu bir insan şeytanın bu cür təlqinlərinin yalan olduğunu, tamamilə aldatma məqsədli olduğunu asanlıqla görür. Halbuki Allah Quranda möminlərə Özündən qorxmalarını əmr etmişdir. Bu əmr Quranın bir çox ayələrində bildirilir. Allahın bildirdiyi bu ayələrdən bəziləri belədir:
...Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir. (Bəqərə surəsi, 196)
... Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız. (Bəqərə surəsi, 203)
Allah qorxusu möminin Allaha dərin sədaqətlə bağlanmasına səbəb olur. Allahın sevgisinin və razılığının ən çoxunu qazanmaq istədikləri, əks təqdirdə, Allahın əzabı ilə qarşılaşa biləcəklərini bildikləri üçün iman gətirənlərin bu sədaqətləri də daimi olur.