...İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür... (Bəqərə surəsi, 165)
İman gətirənlərin çox sadiq və itaətkar olmalarının bir çox səbəbləri var. Möminlər həyatları boyu qarşılaşdıqları hər hadisədə Allahın yardımını, qorumasını və rəhmətini görə bilən insanlardır. Allahın “De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin sizin etdiyiniz əməllərdən xəbərsiz deyildir!” (Nəml surəsi, 93) ayəsi ilə açıqladığı kimi, Allah möminlərin qəlblərini gücləndirmək, onların Özünə olan sevgi və bağlılıqlarını artırmaq üçün nəfslərində və ətraflarında meydana gələn hər şeyin haqq olduğunu onlara göstərəcəyini vəd etmişdir. Bu ayənin hökmünə görə, möminlər həyatları boyu başlarına gələn hər şeyin Allahın onlara olan vədinə əsasən gerçəkləşdiyini bilərək hərəkət edirlər. Allaha olan imanları, sevgiləri və buna bağlı olaraq da itaət və sədaqətləri hər zaman artır. Allahın hər zaman möminlərin dostu və Vəlisi olduğunu, bütün dualarına qarşılıq verdiyini bilir və böyük şövq və həyəcanla Allahın rizasını qazanmaq üçün cəhd edirlər. Başlarına nə gəlirsə-gəlsin, Allaha olan bağlılıq və sədaqətlərində azalma olmur. Çətinliklər qarşısında Allahın rizasını qazana bilmək üçün Ona itaət edərək səbir edir, Allahı Vəkil bilir və Ona sığınırlar. Bu, möminlərin, həqiqətən də, güclü sədaqət duyğusuna sahib olduqlarının ən gözəl dəlillərindəndir. Allah Quranda möminlərin güclü bağlılıqlarını və itaətkar olduqlarını belə bildirir:...Yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlər...Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır. (Həşr surəsi, 8)
Allaha güclü sevgi və sədaqətlə bağlı olan möminlər Allahın onlara rəhbər olaraq göndərdiyi elçilərə dərin sevgi, hörmət və sədaqət göstərirlər. Bu bağlılıqlarının qaynağı da yenə Allaha qarşı bəslədikləri sevgi və sədaqətdir.De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. (Ali İmran surəsi, 31)
Möminlər Allaha və Onun elçisinə qarşı səmimi sevgi bəslədikləri üçün həm Quran əxlaqını yaşamaqda böyük qərarlılıq göstərir, həm də bundan böyük zövq və xoşbəxtlik duyurlar.