Quranda itaət

İtaətsizliyin nəticəsi

İtaətsizlik zəifləməyə səbəb olur Möminlərin inkar edənlərə qarşı müvəffəqiyyət qazanması elçilərə və əmr sahiblərinə olan itaətlərinə bağlıdır. Ancaq bunun əksi olduqda nəticəsi də tam əks ola bilər. “Ey iman gətirənlər! Allaha itaət edin: elçiyə itaət edin və özünüzdən olan əmr sahiblərinə də...” (Nisa surəsi, 69) ayəsinə tabe olub itaət etsələr, Allah möminləri dəstəkləyər və onlara müvəffəqiyyət bəxş edər. Allahın əmrinə tabe olmayıb itaətsizlik etsələr, inkarçılar qarşısında zəif düşərlər:

Andolsun, Allah sizə verdiyi sözündə sadiq qaldı: Siz Allahın izni ilə düşmənləri qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət O, sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz.(Peyğəmbərin) əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra (Allah) sizi sınamaq üçün onlardan uzaqlaşdırdı. O, artıq sizi bağışladı. Allah möminlərə qarşı lütfkardır. (Ali İmran surəsi, 152)

Quranda nümunə verilən Talut qissəsi bunun ən açıq nümunəsidir.

Talut qoşunla birlikdə (döyüşə) yola düşdükdə (əsgərlərinə) dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla (hamısı) ondan su içdilər. (Talut) onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra (bəziləri) dedilər: “Bu gün bizim Taluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər:” Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir. (Bəqərə surəsi,249)

Ayədə bildirildiyi kimi, Allahın elçisi olan Talutun əmrinə itaət etməyənlər zəif düşərək güclərini itirmişlər. İtaətkar möminlər isə Allah tərəfindən güc qazanmış və Allahın izni ilə, sayları çox az qalmasına baxmayaraq, qalib gəlmişlər.

İtaətdən üz döndərənlər Uca Allah Quranda itaət etməyənlərin vəziyyətini cox açıq təsvir etmişdir. “Ali İmran” surəsinin 32-ci ayəsində Allaha və elçisinə itaət etməyənlər “kafir” adlandırılırlar.

“De ki:”Allaha və elçisinə itaət edin“. Əgər üz döndərərlərsə şübhəsiz Allah kafirləri sevməz”. (Ali İmran surəsi,32)

Bununla yanaşı, Quranda itaət etdiyini deyib, əslində, itaət etməyən insanlardan da bəhs edilir:

Ey iman gətirənlər! Allaha və Onun elçisinə itaət edin, eşitdiyiniz halda ondan üz döndərməyin. Eşitmədikləri halda: Eşitdik! deyənlər kimi olmayın şübhəsiz ki, Allah dərgahında canlıların ən pisi (haqqı) anlamayan karlar və lallardır. (Ənfal surəsi, 20-22)

Ayələrdəki “eşitdik dedikləri halda,əslində eşitəməyənlər” və “karlar” ifadələri, əslində, bu insanların əmri eşidib itaət etmədiklərini, lakin itaət etdiklərini güman etdiklərini göstərir. (Ən doğrusunu Allah bilir). Bu da insan üçün çox təhlükəli vəziyyətdir. Quranda bu insanların şüurunun qapandığı və Allahın diləməsindən başqa yenidən doğru yolu tapa bilməyəcəkləri belə xəbər verilir.

Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah (əzəli) elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (Casiyə surəsi,23)

İtaət etməyənləri gözləyən acı əzab İnsan Allah yoluna çağırıldığı zaman Onun ayələrindən üz döndərən və Allah yolunda mübarizədən geri qalmasına səbəb olanların sözlərini dinləyərsə,tamamilə Allah yolundan uzaqlaşar və qopar. Bu,Quranda belə bildirilmişdir:

Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi geriyə qaytarar və sizdə ziyana uğramış halda geriyə qayıdarsınız. (Ali imran surəsi,149)

İtaət əbədi qurtuluşun açarıdır. İtaət etməyən, din əxlaqından və möminlərdən ayrı bir yolla gedən insanın əbədi yurdu isə cəhənnəmdir.

Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir. (Nisa surəsi,115)

...