İtaət insanın Allaha iman gətirdiyinin və Ona qul olmağı qəbul etdiyinin sübutudur. İnsanı əbədi qurtuluşa qovuşduran da ancaq itaətdir. Çünki “Ey iman edənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər ) və siz Onun hüzuruna toplanılacaqsınız.” (Ənfal surəsi, 24) buyurur. Başqa bir ayədə Rəsulullahın möminləri qurtuluşa, rahatlığa çağırdığı və onları pislikdən qoruduğu belə bildirir:
O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır. Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz. (Yunus surəsi, 47)
O gün bütün insanları öz başçıları ilə birlikdə çağıracağıq. (O zaman) kitabı sağ əlinə verilən kimsələr öz kitablarını (sevinclə) oxuyacaq və onlara xurma çəyirdəyindəki tel qədər zülm edilməyəcəkdir. (İsra surəsi, 71)
Rəbbimiz Ona və elçisinə itaət edən möminləri Quranda müjdələyir. Onları peyğəmbərləri, elçiləri və bütün saleh qulları ilə eyni yurda, cənnətə yerləşdirəcəyi xəbərini verir:(Nisa surəsi, 69)