Əməllərin qarşılığı

Sədəqə vermək və qarşılığı

Quran əxlaqını düzgün qavramamış bəzi insanlar yanlış sədəqə verməkanlayışıilə vicdanlarını rahatlatmaq üçün mallarından az bir miqdar verir,böyük bir dini öhdəliyi yerinə yetirmənin rahatlığı ilə geri qalan hissəsini yığırlar.

Allahın Quranda bildirdiyi Allah yolunda xərcləmək anlayışı isə tamamilə fərqlənir.Qurana görə sədəqə verməkdəki meyar bu şəkildədir:

...Səndən (Allah yolunda) nə xərcləyəcəklərini soruşurlar: De “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki,bəlkə fikirləşəsiniz. (Bəqərə surəsi, 219)

Namaz qılın,zəkat verin!Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız onun (əvəzini) Allahın yanında tapacaqsınız.Şübhəsiz ki,Allah nə etdiklərinizi görür . (Bəqərə surəsi, 110)

Ondan istəməsinlər deyə Allahın verdiyi malı və nemətləri gizlədən və yığan kəslərin axirətdəki aqibətləri Quranda belə bildirilmişdir:

Ey iman gətirənlər! Baş keşişlərdən və rahiblərdən çoxu insanların mallarını haqsız olaraq yeyir və (onları) Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onları Allah yolunda sərf etməyənləri üzücü bir əzabla müjdələ. O gün bu (yığdıqları sərvətlər) Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və (onlara:) “Budur özünüz üçün yığdıqlarınız. Elə isə dadın yığdıqlarınızı! (– deyiləcəkdir.) (Tövbə surəsi, 34-35)

Möminin malının və ya maddi imkanlarının olması təbii haldır. Ancaq burada nəzərdə tutulan insanın ehtiyacı olmadığı halda, malının çoxunu özündə saxlayıb ehtiyacı olan kəslərə kömək etməməsidir.Bu, Quran əxlaqına uyğun olmayan davranışdır. Bir insan malının böyük bir qismindən kiçik bir sədəqə verib ehtiyacından daha çox hissəsini özünə ayırır və ya gələcəyi üçün saxlayırsa yuxarıdakı ayələrdə bildirilən yanlış zehniyyətə meyil etmiş olur. Çünki xəsislik və malı yığıb saxlamaqda əsas səbəb gələcək, yoxsulluq qorxusu və dünyanı axirətdən ön planda tutmaqdır. Bunun səbəbi isə Allaha etibarda əskiklik (uca Allahı tənzih edirik) və imani zəiflikdən qaynaqlanan təvəkkülsüzlükdür. Mömin kiçik mənfəətlərə tamah salmaqdan, dünyada və axirətdə böyük itkiyə məruz qalmaqdan çəkinib qorxmalı və Allahın bu hökmünü yerinə yetirməlidir. MÖVZU İLƏ BAĞLI AYƏLƏR

Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Bəqərə surəsi, 215)

Xərclədiyinizi hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz. (Bəqərə surəsi, 270)

(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam ödənilər və sizə zülm edilməz. (Ənfal surəsi, 60)

Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir. (Təğabün surəsi, 17)

Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız onun (əvəzini) Allahın yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür. (Bəqərə surəsi, 110)

Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan (Allah yolunda) nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz. (Bəqərə surəsi, 272)

(Sədəqə)Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. (Bu adamlar) həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla (bir şey) istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir. (Bəqərə surəsi, 273)

Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir. (Ali imran surəsi, 92)

Budur, siz Allah yolunda (malınızdan) xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər. (Muhəmməd surəsi, 38)

De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, (istədiyinə də) onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır! (Səba surəsi, 39)

Allaha və Onun Elçisinə iman gətirin! Sizin ixtiyarınıza verdiyi maldan (xeyirxah işlərə)sərf edin! Sizdən iman gətirib xərcləyənləri böyük bir mükafat gözləyir. (Hədid surəsi, 7)

Var-dövlət sahibi öz varına görə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir . (Talaq surəsi, 7)

...