Quranda sədaqət

Hicrət edən möminlər

Möminlər Quran əxlaqını təbliğ etmək və insanları doğru və gözəl olana dəvət etmək üçün böyük səy göstərməkdə istəklidirlər.Ancaq Quran əxlaqının insanlara gətirəcəyi ədalət, sülh və bərabərlik kimi anlayışlar bəzi insanların maraqlarına mənfi təsir etdiyi üçün onlar Quran əxlaqından böyük narahatlıq duyurlar.Buna görə də Quran əxlaqını təbliğ etməyə çalışan və bu mövzuda istəkli olan möminlərə müxtəlif formalarda mane olmağa çalışırlar.

Bu insanların müraciət etdikləri üsullardan biri möminləri yaşadıqları yerləri tərk etməyə məcbur vəziyyətə gətirməkdir.İnkarçılar bu şəkildə hərəkət edərək möminlərin müqavimətlərini qıracaqlarını və öz ağıllarına görə möminləri zəiflədib onlar üzərində qəti zəfər çalacaqlarını zənn edirlər.Ancaq unutduqları önəmli bir şey var, o da, möminlərin, Allahın onlara göstərdiyi doğru yolda irəliləmədə qətiyyətləri və Allaha olan güclü bağlılıqlarıdır.Möminlər Allaha duyduqları səmimi iman və sədaqətlərinə görə rastlaşdıqları çətinlik hər nə olursa-olsun, hədəflərindən əsla yayınmırlar.Onlar üçün yaşadıqları şəhərdən çıxarılmaq hicrət etmək deməkdir ki, bu da möminlərin Allaha olan itaətini göstərən hadisələrdən biridir.Belə bir vəziyyətlə qarşılaşan möminlər heç tərəddüd etmədən yaşadıqları mühiti, evlərini, mallarını və yaşayış düzənlərini tamamilə geridə qoyurlar. Lazım olduqda heç bir plan qurmadan və hazırlıq görmədən yalnız Allahın razılığını qazana bilmək üçün çətin səfərə çıxırlar. Bu səbəbdən bir möminin hicrət etməsi Allahın razılığını qazanmaq və Quran əxlaqına uyğun yaşaya bilmək üçün sahib olduğu hər şeyi heç bir tərəddüd etmədən geridə qoyub getməsidir.Bu hadisə möminlərin bu yolda həqiqətən də səmimivə qətiyyətli olduqlarını göstərir.Allah hicrət etmənin və insanın sahib olduğu hər şeydən bu məqsədlə imtina edə bilmənin mömin xüsusiyyəti olduğunu Quranın bir çox ayəsində bildirmişdir.

Hicrət etmək, eyni zamanda insanın “seçdiyi batil yolu tərk edərək Allahın göstərdiyi doğru yola tabe olmasıdır”. Hz. Lut hicrətin bu mənasını bu şəkildə dilə gətirmişdir:

Lut ona iman gətirdi. (İbrahim) dedi: “Mən Rəbbimin yanına (əmr etdiyi Şam diyarına) hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir”. (Ənkbut surəsi, 26)

Möminlərin hicrətlətinə bu baxımdan baxdıqda həyatları boyunca Allahın haqq yolundan və Onun razılığını qazanmaqdan əsla uzaqlaşmadıqları və həyatlarını tamamilə Allahın razılığı üzərində qurduqlarını görmək olur. Möminlər “hicrət ruhunu” daşıyan, buna görə da həyatları boyunca Allaha sadiq qalan insanlardır. Allah Öz yolunda bu cür qətiyyət və əzm göstərən möminləri həm dünyada, həm də axirətdə “böyük dərəcələrlə” mükafatlandıracağını Quranda belə xəbər vermişdir:

Zülmə uğradıldıqdan sonra Allah yolunda hicrət edənləri dünyada gözəl bir məskəndə sakin edəcəyik.Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər! ( Nəhl surəsi, 41)

...