Rəbbimiz dünya həyatını insan nəfsinin xoşuna gələcək saysız-hesabsız nemətlərlə birlikdə yaratmışdır. Allah Quranda "O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur" (İbrahim surəsi, 34) ayəsi ilə bu həqiqəti xatırladır. Rəbbimiz hər insana həyatı boyunca verdiyi bütün nemətlərdən istədiyi kimi istifadə etməyinə icazə vermişdir. Allah Quranda özlərinə verilən bütün nemətlərin Rəbbimizdən gəldiyini bilən və Ona şükür edən qulları üçün bu nemətlərin daha da artacağını vəd etmişdir. Allah bir ayədə vədini belə bildirir:
O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (İbrahim surəsi, 7)
Bir-birindən gözəl olan nemətlərə qarşı şükür etməyənlərin əzabla qarşılaşacaqları belə bildirir:O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.) (Ta ha surəsi, 124
Qoy onlar etdikləri (günahların) cəzası olaraq az gülüb çox ağlasınlar. (Tövbə surəsi, 82)
Ayələrdə bildirilən bu həqiqət Quranın önəmli sirlərindən, Allahın ədalətinin təzahürlərindən biridir. Eyni zamanda da Allahın hikmətli yaratmasının önəmli bir göstəricisidir. Həyatını Quran əxlaqına uyğun yaşayan insanlar Allahın yaratdığı hər detalda gözəllik görür və yaşadıqları hər hadisədə Allahdan razı olurlar. Bu bir çətinlik və ya sıxıntı olsa belə, Quranın "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz" (Bəqərə surəsi, 216) ayəsini xatırlayaraq şükür edirlər. Çünki iman gətirənlər dünya həyatında özlərinə verilən hər gözəlliyin və nemətin ötəri olduğunu bilirlər. Əsl olan "Rəbbimizin razılığıdır". Möminləri xoşbəxt edən və onlara qəlb rahatlığı verən də budur. Dünya həyatındakı əksikliyi görüb, nemət azlığı və ya sıxıntı ilə qarşılaşdıqlarında şükür edərək Allahın razı qalacağını ümid edib bunun rahatlığını yaşıyırlar. Allaha tam təslimiyyətli və təvəkküllü olduqları üçün nə qədər əksik olursa-olsun, əllərindəki nemətlərin dəyərini bilirlər. Allahın onlar üçün yaratdığı incəlik və gözəllikləri görə bilirlər. Allah bu əxlaqlarına qarşılıq möminlərə hər şeyin ən gözəlini və bunlardan ən gözəl şəkildə zövq alacaqlarını vəd etmişdir. Rəbbimiz Quranda belə buyurmuşdur:(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir. (Nur surəsi, 38)
Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır... (Yunus surəsi, 26)
Beləliklə, Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 148)
Allah dünyada insanlara doğru yolu görüb iman gətirmələri üçün daim yeni fürsətlər yaradır. Rəbbimiz imanın gözəlliyini və inkar edən bir insanın həyatının nə qədər qaranlıq olduğunu insanlara açıq şəkildə göstərir. İnkar edən insan nə qədər gözəlliklə və nemətlə qarşılaşırsa- qarşılaşsın, ruhunda bunların xoşbəxtliyini, qəlb rahatlığını və güvən duyğusunu hiss edə bilməz. Bu, Allahın qullarına olan rəhmətinin təzahürüdür. Onların həqiqi xoşbəxtliyi, rahatlığı ancaq imanla əldə edə biləcəyini anlamaları şükür edərək Allaha təslim olmaları üçün çox önəmli vəsilədir. MÖVZU İLƏ BAĞLI AYƏLƏR:O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (İbrahim surəsi, 7)
Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Allah (itaətkar qullarına) təşəkkür edəndir, Biləndir. (Nisa surəsi, 147)
Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin! (Bəqərə surəsi, 172)
Küfr etsəniz, (bilin ki,) Allah sizə möhtac deyildir. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir. (Zumər surəsi, 7)
Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq. (Ali-İmran surəsi, 145)
Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin. (Nəhl surəsi, 114)